“İkinci Qəndil” darmadağın edildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edib.
25 Aprel 2017 13:00 DünyaTürkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı təşkil edib. Bu haqda Baş qərargahdan bildirilib. Məlumata görə, aprelin 25-də gecə saat 02:00 radələrində həyata keçirilən əməliyyatda terror təşkilatının mövqeləri tam dəqiqliklə məhv edilib.
Qeyd edək ki, Sincar bölgəsi PKK-nın "İkinci Qəndili" adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31