Tramp inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını kəskin azaltmaq istəyir

ABŞ prezidenti Donald Tramp inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımını kəskin azaltmaq istəyir. Ağ Ev administrasiyasının büdcə təklifi xarici yardımın üçdə birinin ixtisarını nəzərdə tutur. Dövlət katibliyinin 15 səhifəlik sənədinə əsasən inkişaf etməkdə olan olan ölkələrə ayrılan maliyyə vəsaiti ABŞ-ın milli təhlükəsizliyi ilə sıx əlaqədə olan sahələrə yönələcək. Bu yardımların çatdırılmasını icra edən ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) dövlət katibliyinə birləşdirilməsi təklif edilir.

Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına  7,716 milyon dollar düşməlidir. Sənədə əsasən dünya səhiyyə proqramları çərçivəsində Azərbaycana verilməsi gözlənilən məbləğin tam həcmdə dayandırılması nəzərdə tutulur.

Sənədin təsdiq ediləcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65% azaldacağını açıqlayıb. Bununla belə, Konqresin prezidentin ixtisarlarını tam dəstəkləməyəcəyi gözlənilir. Respublikaçı senator Lindsi Qren Trampın büdcə layihəsini ölü adlandırıb.  Apa.az "foreignpolicy.com"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31