Ata canlı yayımda 11 aylıq qızını öldürüb intihar etdi - Xəyanətə görə
Ata özünü və 11 aylıq qızını Feysbuk-un canlı yayımında öldürüb. O, bunu sevgilisi ilə dalaşdıqdan sonra edib. 20 yaşlı Vuttisan Vonqtalay 21 yaşlı sevgilisi Jiranuçu onu aldatmaqda günahlandırıb.
25 Aprel 2017 13:30 DünyaAta özünü və 11 aylıq qızını Feysbuk-un canlı yayımında öldürüb. O, bunu sevgilisi ilə dalaşdıqdan sonra edib. 20 yaşlı Vuttisan Vonqtalay 21 yaşlı sevgilisi Jiranuçu onu aldatmaqda günahlandırıb. Onlar dalaşdıqdan sonra oğlan Jirnuçdan olan 11 aylıq qızını da götürərək qaçıb. Vuttisan uşağını qucağına alaraq binanın başına çıxıb və burada canlı yayım edib. O, özünü öldürməzdən öncə öldürdüyü qızının cəsədini binanın başından asıb. Feysbuk-dakı bu videonu görən qadın dəhşətə gəlib. O, dərhal polisə xəbər verib. Polislər hadisə yerinə gəldikdə artıq kişi özünü öldürmüşdü. Dəhşətli hadisə Taylandda baş verib. Milli.az "Mirror"a istinadla xəbər verir.