Milli Məclisdə “qara bazar” söhbəti

Milli Məclisin aprelin 25-də keçirilən iclasında  “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova deyib ki,valyuta dəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub: “Valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb. İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.

Deputat: "Bizi fırladırlar, xalq çaşıb qalıb..."

Milli Məclisin aprelin 25-də keçirilən iclasında  "Valyuta tənzimi haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova deyib ki,valyuta dəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub: "Valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb. İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.

Bunları nəzərə alaraq "Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişikliyi mühüm addım hesab edirəm. Yeni dəyişikliklər valyuta dəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Həmin şəxslər artıq vergi ödəyicisinə çevriləcəklər". E.Axundova müsbət məqamlarla yanaşı, bəzi fikir və iradlarımı da bölüşüb: "Məncə rezident fiziki şəxsin fəaliyyət ünvanı mütləq tələb olmamalıdır. Bu, vətəndaşlar üçün əlavə çətinliklər yaradacaq. Çünki hər dəfə ünvan dəyişəndə gərək lisenziya yenidən rəsmiləşdirilsin.

Qanunun 13-5-ci maddəsi ilə bağlı sual vermək istərdim. Lisenziya yenidən rəsmiləşdirilərkən hər hansı rüsum tələb olunacaqmı? Bununla bağlı məsələyə qanunda aydınlıq gətirilməlidir.

Qanunun 13-8-ci maddəsində Lisenziyanın ləğvi halları sadalanır. 13-8.1.7-ci maddəyə görə lisenziya sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda lisenziya ləğv edilir. Düşünürəm ki, bu müddəti uzatmaq da olar, çünki lisenziya alandan sonra müəyyən səbəblər ola bilər ki, şəxs dərhal işə başlaya bilməsin. Odur ki, girov məsələsinə yenidən baxmaq lazımdır, çünki bu məsələ o qədər də məntiqli deyil. Ona görə ki, bu insanlar dövlət köməyi olmadan öz vəsaiti hesabına valyuta dəyişmə məntəqələrini yaradırlar və bu fəaliyyətdən dövlətə vergi ödəyəcəklər. Nəyə görə onlar üstəlik girov da qoymalıdırlar? Digər tərəfdən, hesab edirəm ki, lisenziya alınması proseduru çox da asan olmamalıdır. Məncə 500 manat lisenziya rüsumu azdır, onu ən azı iki dəfə qaldırmaq lazımdır. Çünki lisenziya onsuz da müddətsiz verilir. Digər tərəfdən lisenziya alan hüquqi və fiziki şəxslərin sənədləri ciddi yoxlanılmalıdır, söhbət təkcə vergi cinayətlərinin olub-olmamasından getməməlidir, həm də bu sahədə işləmək istəyənlərin təcrübəsindən, professional biliklərindən getməlidir, yəni valyuta dəyişmə məntəqəsini açan şəxs ən azından ali maliyyə ixtisasına malik olmalıdır".

Deputat Vahid Əhmədov qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır: "Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz "Nağd hesablaşmalar haqqında" qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik.  Müzakirələrə ehtiyac var". 

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlıqlara səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı:"Əlbəttə, çox müsbət haldır ki, bu gün sözügedən qanuna dəyişiklik parlamentə təqdim olunur və yenidən valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradır".  Deputat bildirib ki, burada təqdirəlayiq hal vətəndaşlara bu qanundan yararlanmaq imkanlarının tanınması ilə bağlıdır: "Ancaq qanunda lisenziyanın alınması üçün müraciət bəndi var. Burada fiziki şəxslərə lisenziya verilməsi məsələsindən söhbət gedir. Yəni, dövlət qeydiyyatına alınması üçün şəhadətnamənin sürəti əvvəlcədən fiziki şəxsdən tələb olunur. Bəlkə buna lisenziya verilməyəcək. O zaman nə üçün bu adam vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Digər təklifim qanunun 13-1.2.3 bəndi ilə bağlıdır. Burada deyilir ki, ərizədə qeyd olunan obyektlərin hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədin natarioat qaydada təsdiq olunmuş sürəti. Əgər bir adam lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi istifadə edə biləcəyi obyekti yoxdursa, o zaman gedib nə üçün kiminləsə müqavilə bağlamalıdır, pul ödəməlidir? Hesab edirəm ki, bunun əvvəlcədən tələb olunması da doğru deyil. Ən azından lisenziyanın verilməsi ya iki mərhələdə həyata keçirilməlidir, ya da bunun tələb kimi qoyulması doğru sayılmır". 

Millət vəkili Siyavuş Novruzov deyib Azərbaycanda 1 ilə yaxındır ki, valyuta dəyişmə məntəqlərinin ləğvi nəticəsində qara bazarda vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi. Vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik. Komitə sədri çıxışı zamanı ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: "Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa o zaman bununla bağlı təqdimat verilsin". Ölkəmzidə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını dilə gətirən deputat qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insan işsiz qaldı, pullar isə qara bazarda fırlandı: "Bundan əvvəl valyutadəyişmə məntəqlərinin yerləri var və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımızın istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Bu baxımdan hesab edirəm ki, bu məntəqələr yenidən bər edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki əvvəllər valyutadəyişmə məntəqələrində çalışanların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə durur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur" S. Novruzov bildirib ki, valyutadəyişmə məntəqələri depozit qoymamalıdırlar:
" Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytara bilməsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarını dövlət özü qarant verir. Çünki, onları elə system əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyub, müdafiə edir". 

Deputat Əli Məsimli qeyd edib ki, "qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır. Deputat bildirib ki, bankların bugünkü siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il - ilk devalvasiya) yenidən dönəcəyik: "Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. "Qara bazar" ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, qanina ediləcək dəyişiklik nəticəsində Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq. Komitə sədri bildirib ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.

Deputat Yevda Abramov isə növbəti dəfə sərt çıxış edib: " Valyuta tənzimi haqqında" qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənlışdirə bilmir. Əslində valyuta dəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır. Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Valyutadəyişmə məntəqələri ləğv olunduqdan sonra Sahil qəsəbəsində evlərdə, Novxanı, Bilgəhdə isə öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Mən qeyd edim ki, babalarımızın, nənələrizin "sandıq pulu" var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31