Güzəştli mənzil əldə etmək üçün sayılı günlər qalır
Son illərdə Azərbaycan iqtisadiyyatının sürətlə inkişafı bu və ya digər sahələrdə mövcud olan bəzi problemlərin həllinə də öz müsbət təsirini göstərir. Belə problemlərdən biri də mənzilə ehtiyacı olan vətəndaşların mənzillə təmin olunmasıdır. Etiraf etmək lazımdır ki, günümüzdə əksəriyyət ölkə vətəndaşlarının mənzilə ciddi ehtiyacı var. Düzdür, xüsusilə paytaxtda son illərdə kifayət qədər yaşayış binaları tikilib. Lakin həmin binalarda mənzillərin hədən artıq baha olması mənzil arzusunda olanların bu arzularını reallaşdırmaq başlıca maneə rolunu oynayır.
25 Aprel 2017 14:50 SosialMayın 1-dən ərizə qəbuluna start verilir
Son illərdə Azərbaycan iqtisadiyyatının sürətlə inkişafı bu və ya digər sahələrdə mövcud olan bəzi problemlərin həllinə də öz müsbət təsirini göstərir. Belə problemlərdən biri də mənzilə ehtiyacı olan vətəndaşların mənzillə təmin olunmasıdır. Etiraf etmək lazımdır ki, günümüzdə əksəriyyət ölkə vətəndaşlarının mənzilə ciddi ehtiyacı var. Düzdür, xüsusilə paytaxtda son illərdə kifayət qədər yaşayış binaları tikilib. Lakin həmin binalarda mənzillərin hədən artıq baha olması mənzil arzusunda olanların bu arzularını reallaşdırmaq başlıca maneə rolunu oynayır. Bir çox gənclər məhz mənzilin olmaması səbəbindən ailə həyatı qura bilmirlər. Bir neçə illər öncə tətbiq edilən ipoteka kreditləri də sözügedən problemin həllinə ciddi dəstək ola bilmədi. Sözügedən problemin öz aktuallığını qoruması isə dövlət başçısının bu istiqamətdə ciddi tədbirlər görməsi ilə nəticələndi. Belə ki, məlum olduğu kimi keçən il dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı müvafiq sənəd və adıçəkilən qurumun fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzaladı. Fəmanda göstərilirdi ki, Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcud olmalı, mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərməlidir. Eləcə də fərmanda bir çox mühüm maddələr öz əksini tapıb. Amma hələ də bir çox insanılar güzəştli mənzil əldə etmək üçün ilkin mərhələdə hansı addımların atılmalı olduğunu dəqiqliklə bilmirlər. Hətta hansı təbəqədən olan insanların güzəştli mənzil almaq hüququ qazandığı da mübahisə predmeti olaraq qalır. Baxmayaraq ki, dövlət başçısının sözügedən fərman və sərəncamında qeyd edilənlər açıq şəkildə əksini tapıb. Buna baxmayaraq bu istiqamətdə əhali arasında maarifləndirmə tədbirinin keçirilməsi zəruri hesab edilir. Elə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev də bu qənaətdədir. O, bildirib ki, güzəştli mənzillərin verilməsi üçün qeydiyyat 01 may 2017-ci il tarixindən başlayacaq və qeydiyyat Elektron hökümət portalı vasitəsi ilə aparılacaq: "Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət" mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, "Güzəştli mənzil" elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq.Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər Güzəştli mənzil əldə etmək hüququna malikdirlər. Gənc ailənin üzvü olan aşağıdakı ailələr güzəştli mənzil əldə etmək hüququna malikdirlər. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs". Asif Abdullayev deyib ki, bundan başqa ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə doktoru elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), yaşından və ailə vəziyyətindən asılı olmayaraq, elmlər doktoru elmi dərəcəsi, ən azı 15 il dövlət qulluğunda qulluq edən, ən azı 3 il hərbi xidmətdə olan, 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər bu hüquqlara malikdir: "Güzəştli qiyməti (mənzilin satış qiymətini) cəmiyyətin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edir.Mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir. Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir. Ancaq kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla".
Füzuli