“Türkiyəyə qarşı...!” – Terror təşkilatından ÇAĞIRIŞ
Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirməsi təşkilatın Suriya qanadı olan PYD-də şok effekti yaradıb. PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.
25 Aprel 2017 14:35 DünyaTürkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirməsi təşkilatın Suriya qanadı olan PYD-də şok effekti yaradıb. PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.
"Terrorla mübarizə aparan bir xalq kürəyindən bıçaqlanır. Koalisiya gücləri səssiz qalmamalıdır. Kimsə bu hücumları qəbul edə bilməz" , - terror təşkilatının lideri beynəlxalq koalisiyaya yalvarıb.
Qeyd edək ki, Sincar bölgəsində hava əməliyyatı aprelin 25-də gecə saat 02:00 radələrində keçirilib. Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, həyata keçirilən əməliyyatda terror təşkilatının mövqeləri tam dəqiqliklə məhv edilib.
Qeyd edək ki, Sincar bölgəsi PKK-nın "İkinci Qəndili" adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir.