Avropanın qaçqın düşərgələri deyildiyi kimi “5 ulduzlu” otel təsiri bağışlamır

Avropada oturum - miqrasiya siyasəti bugün aktual mövzulardan biridir. Bu gün əksər ölkələr kimi, Azərbaycandan da bəziləri siyasi təzyiq və ya başqa bəhanələrlə Avropaya, daha çox isə Almaniya və Hollandiyaya mühacirət etmək, həmin ölkələrdən siyasi sığınacaq almaq istəyirlər.

Rəşad Quliyev: "10 000, 15 000 avro və daha yüksək məbləğlərdə insanların pullarını alıb, Avropada oturum alacağıq deyənlər yalan danışır"

Avropada oturum - miqrasiya siyasəti bugün aktual mövzulardan biridir. Bu gün əksər ölkələr kimi, Azərbaycandan da bəziləri siyasi təzyiq və ya başqa bəhanələrlə Avropaya, daha çox isə Almaniya və Hollandiyaya mühacirət etmək, həmin ölkələrdən siyasi sığınacaq almaq istəyirlər. Amma onu da qeyd etmək lazımdır ki, məlum ərəb baharı və müsəlman ölkələrində baş verən qarşıdurmalardan sonra qaçqınların Avropaya axını gücləndiyindən artıq qoca qitədə ona pənah gətirən insanılara qarşı məhdudiyyət təbiq edilir. Amma yenə də günümüzdə Avropaya mühacirət davam etməkdədir. Bəs görəsən hazırda bu istiqamətdə vəziyyət necədir və Avropada fəaliyyət göstərən diaspor təşkilatlarına azərbaycanlılar mühacirət üçün müraciət edirlərmi? Məsələ ilə bağlı açıqlama verən Almaniyada yaşayan soydaşımız, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev bildirib ki, Avropada yaşamaq istəyənlərin bir çox suallarını və müraciətlərini alır. Müxtəlif qeyri-rəsmi mənbələrdən məlumat əldə edənlər isə çox vaxt yalnış və qeyri-dəqiq məlumat aldıqları üçün sonrakı həyatlarında bir çox problemlər yaşayırlar: "Bundan başqa yalnış məlumatla miqrantlar özlərinin gələcəkdəki işlərini də çətinləşdirirlər. Belə ki, heç bir məlumatı olmayan şəxsə informasiya vermək daha asanddır, nəinki yalnış və qeyri- dəqiq məlumatlarla yüklənmiş şəxslə danışmaq. Çünki istər-istəməz insan aldığı informasiyanın çaşqınlığı içərisində olur və sonradan tamam başqa cavabla qarşlıaşdığı zaman tərəddüdlü olur və bu tərəddüd içərisində düzgün qərar qəbul edə bilmir. Təbii ki, bugün insanların yaşaması üçün ən əlverişli yer daha sabit və güclü iqtisadiyyata , güclü təhsil və güclü səhiyyənin mövcud olduğu Avropa məkanıdır. Bu bir çoxlarının arzusudur. Ancaq başqa bir ölkəyə getməzdən əvvəl mütləq və mütləq miqrasiya, oturum qanunlarını bilmək , vəziyyəti ciddi araşdırmaq lazımdır. Əvvəlcə miqrantlar kimlərə deyilir sualına cavab verək . Uzun müddət (adətən bir ildən artıq) yad ölkədə yaşayan insan miqrant hesab olunur. Bu gün dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və yaxud da işləyir. Ancaq qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya mənbələrinə müraciət edərək "lehinə" və "əleyhınə" olan hər şeyi ciddi ölçüb-biçmək lazımdır. Kinofilmlər, fotoqrafiyalar, tanışlarından eşitdikləri hekayətlər çox vaxt gələcək miqrantlarda reallığa uyğun olmayan ümidverici perspektivlər barədə yanlış təsəvvürlər yaradır. Bilmək lazımdır ki, miqrasiya elə bir prosesdir ki, o hər insanda fərqli cür ola bilir. Məsələn Almaniyaya gələn bir miqrant müraciət etdiyi gün dövlət tərəfindən evlə təmin edilə bilər və yaxud əksinə müraciət etdiyi gün şəraiti nisbətən daha zəiif olan yerə düşər.Ancaq bu o demək deyil ki, bu proses hər şəxsdə eyni cür olacaq. Nəzərə almaq lazımdır ki, qaçqın düşərgələri bəzən deyildiyi kimi "5 ulduzlu" otel təsiri bağışlamır. Əla şəraitli düşərgələr olmaqla yanaşı, şəraiti çox pis durumda olan düşərgələr də vardır. Mühacirət edənlər bunu mütləq nəzərə almalıdır ki, bu düşərgələr müharibə şəraitindən və ya ölkəsində təqiblərlə üzləşib ölkəsini tərk etmək məcburiyyətində olanlar üçün müvəqqəti sığınacaq mərkəzləridir. Bir sözlə Euro style kurort mərkəzləri deyil. Bəzən Avropa eyforiyası ilə mühacirət edən insanlar xəyallarındakı Avropaya gəldikləri zaman şəraiti yaxşı olmayan düşərgələrə düşdükləri an təəccüblənirlər . Nəzərə almaq lazımdır ki, qaçqınlıq həyatı ilə oturum əldə etdikdən sonra yaşam tərzi arasında əlbəttə ki, fərqlər var". Bəs Avropada oturum almaq üçün hansı prosedurlar mövcuddur və oturum almaq asanddırmı?. Rəşad Quliyev deyir ki, Avropa Birliyində miqrasiya qanunları demək olar ki, eynidir: " Təbii ki, bu qanunlar hər ölkənin durumuna və qanunlarına görə müəyyən fərqlərlə dəyişir. Amma prosedurlar demək olar ki, eynilik təşkil edir. Avropada hər şey gözlənildiyi və ya təsəvvürlərdə yaradıldığı kimi həyat şərtlərinin, oturum şərtlərinin rahat əldə edildiyi bir məkan deyil. Bu qədər asan olsaydı yəqin ki, bura gələn müxtəlif millətlərin nümayəndələri on illərlə oturum cavabını gözləməzdilər. Bunu bilmək vacibdir ki, oturum almaq üçün əsas vacib olan məsələ verilən ifadə və miqrantın əlində olan və onun problemlərini sübut edəcək sənədlərdir. Miqrant gəldiyi ölkənin qaçqın sığınma məntəqəsinə daxil olaraq "sığınma istəyirəm " deməklə sığınma, yəni oturum alma müraciətinə başlamış olur. Bu halda o , müvəqqəti yerlə təmin olunur.İlk ifadəsi alınana qədər o, ölkədə qanunu sayıla biləcək keçərli sənəd verilir. Oturuma verilməsi üçün miqrant iki dəfə ifadəyə çağrılır. Bunlar yol ifadəsi vəmiqrasiyanın səbəbləridir. Ümumiyyətlə miqrantlarda belə bir fikir hakimdir ki, vəkillər oturum alırlar. Bu proseslərdə oturum qərarının alınması vəkildən heç bir halda asılı olmur. Vəkillərə daha çox ikinci ifadədən sonra alınacaq cavabdan asılı olaraq ehtiyac duyulur. Alınacaq neqativ cavabına görə yeni bir məhkəmə instansiyasına müraciət zərurəti yaranır.Bu zaman vəkil məhkəməyə müraciət edir. Bu proses bir neçə məhkəmə instansiyasına müraciətlə davam edir". Rəşad Quliyev bildirib ki, Avropada siyasi mühacirlik statusu olmaq üçün bir sıra şərtlərin olması vacibdir: "Siyasi mühacirlik statusu BMT -nin 1951 ci il Cenevrə konvensiyası ilə tənzimlənir. Siyasi oturumu şərtləndirən əsas səbəb var və bunlar siyasi oturuma daxildir. Siyasi fəaliyyətinə və fikir azadlığına görə təqiblər. Milli azlıqların hüquqlarının pozulması. Seksual azlıq və dini azadlıq. Göstərilən səbəblərlə bağlı insanlar əgər problemlə qarşılaşırlarsa, bu zaman onlar bu səbəblərə görə oturum almaq şansına sahibdirlər. Təbii ki, bu qərar hökumətin verəcəyi qərara bağlıdır. Mirantlara dövlət tərəfindən sosial və maddi dəstək də hər ölkəyə görə dəyişir. Məsələn əgər Almaniyada hər miqranta 330 - 360 avro arasında sosial yardım verilirsə, qonşu Belçikada oturum proseduru gedən və qaçqın düşərgəsində olan qaçqınlara yalnız düşərgədə hazırlanan yeməklər verilir. Həftəlik isə bir nəfərə 7 avro məbləğində pul verilir.Yaxud Danimarka, Norveç, estoniyada bu məbləğlər dəyişir. Eyni zamanda bu məbləğ ailə üzvlərinin sayına görə də dəyişir. Almaniyada 4-5 nəfərlik bir ailə aylıq təxminən 800- 1100 avro arasında dəyişən bir yardım alır. Təbii ki, Almaniya şərtlərinə görə bu bir ailənin kifayət qədər normal dolanması üçün yetərlidir. Bu məbləğ qalma yeri ilə təminatdan, kommunal, tibbi sığorta, dil kursu xərclərindən savayı ödənən məbləğdir. Bütün halda Avropaya mühacirət etmək istəyənlər bunları unutmamalıdır. Birincisi, Avropada oturumun asan olduğu haqqında bilgilərə, Avropada işləməyən hər adama 2000 avro pul verildiyinə, Avropaya gedən hər kəsə gedər-getməz ev verildiyinə , bütün sığınmacılar üçün şərait tam əladır iddialarına inanmayın. Təbii ki, bir çox hallarda insan öyrəşmədiyi problemlə üzləşir və Avropa haqqında yaranan xəyallara zərbə dəyir. Miqrant həyatı asan deyil. İkincisi, 10 000, 15 000 avro və daha yüksək məbləğlərdə insanların pullarını alıb, sizə Avropada oturum alacağıq deyənlər yalan danışır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31