BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər”

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konfransda giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Bakı Dövlət Universitetində "İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər" mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki, konfransda giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Sonra BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev "İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir", Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova "İslam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi" mövzularında məruzə ilə çıxış ediblər.

İşini 6 bölmə üzrə davam etdirəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31