Azərbaycanda orqan və toxumalar bankı yaradılır
Azərbaycanda orqan transplantasiyası ilə bağlı bankın yaradılması istiqamətində iş gedir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
25 Aprel 2017 15:08 SosialAzərbaycanda orqan transplantasiyası ilə bağlı bankın yaradılması istiqamətində iş gedir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözləörinə görə, Azərbaycana bir çox orqan və toxumaların gətirilməsinə qoyulan qadağaların əsası var: "Bu gün Azərbaycanda orqan və toxumaların plantasiyası ilə bağlı xüsusi bankın olmamasında xaricdən lazım olan orqan və toxumalar alınır. Ancaq gələcəkdə bu sahədə bank yaradıldıqdan sonra orqan və toxumaların gətirilməsinə ehtiyac qalmayacaq. Bu gün azərbaycanda bank yoxdur. Hazırda Azərbaycanda orqan və toxumaların bankı yaradılması istiqamətində iş gedir. Bu bank yaradıldıqdan sonra xaricdən belə orqanlarının gətirlməsinə ehtiyac qalmayacaq".