Metro gecə saat 2-yə qədər işləyəcək

Bakı Metropolitenində İslam Həmrəyliyi Oyunlara hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla bağlı Bakı metropolitenində əvvəlcədən xüsusi tədbirlər planı hazırlanıb və təsdiq olunub.IV İslam Həmrəyliyi Oyunları ərəfəsində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı Metropolitenində İslam Həmrəyliyi Oyunlara hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bununla bağlı Bakı metropolitenində əvvəlcədən xüsusi tədbirlər planı hazırlanıb və təsdiq olunub. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyunların açılış və bağlanış günlərində iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi idman günlərində isə metro gecə saat 1-dək fəaliyyət göstərəcək. Sərnişin axını çox olarsa, bu qrafik artırıla bilər. Açılış və bağlanış günləri Milli Olimpiya Stadionunda keçirilən tədbirdən çıxan iştirakçılar (bilet əsasında) "Koroğlu" stansiyasına pulsuz daxil olacaqlar. Mayın 1-dən 30-nadək xüsusi geyim formasında olan könüllülər, xüsusi buraxılış vəsiqəsi olan akkreditə olunmuş nümayəndələr də metrodan pulsuz istifadə edə biləcəklər. Eyni zamanda, metropoliten ərazisində təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Milli Olimpiya Stadionuna yaxın olan "Koroğlu" stansiyasında xüsusi qərargah da yaradılacaq, bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətə gətiriləcək. Sözügedən stansiyanın ərazisində tibb məntəqəsi də yaradılacaq. Oyunlar zamanı xarici turistlərə bələdçilik etmək və onların suallarını cavablandırmaq üçün metropolitendə hər bir şərait yaradılacaq. Xarici dil bilən metropoliten əməkdaşları və xüsusi geyim formasında olan könüllülər yarışların keçiriləcəyi idman obyektlərinə yaxın mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31