Lənkəranda İslam Həmrəyliyi mövzusunda tədbir keçirilib

Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Şağlaser kəndində  tədbir keçirilib.

Lənkəran rayonu Cil kənd "Hüseyniyyə" məscidi dini icması tərəfindən həyata keçirilən "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi" adlı layihə çərçivəsində Lənkəran rayonu Şağlaser kəndində  tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, din xadimləri, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən çoxmədəniyyətli ölkə olduğunu, tolerant və multikultural dəyərlərin xalqımızın həyat tərzini təşkil etdiyini bildirib. AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31