İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib

Aprelin 25-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aprelin 25-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  bildirib ki, Prezident İlham Əliyevin  2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsi İslami dəyərlərə verilən qiymətin bariz nümunəsidir. RİH-nin başçısı onu da qeyd edib ki,  müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. S.Salahlı eyni zamanda, dini icma sədrlərini İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Daha sonra çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon ağsaqqallar şurasının sədri Səfər Qəniyev, tarix müəllimi Qənirə Paşayeva, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov və dini icma sədri Müşviq Əsgərov da Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Sərəncamını ciddi əhəmiyyətə malik təşəbbüs kimi dəyərləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31