Dəmiryolçuların Həmkarlar İttifaqı Respublika Komitəsinin XXIII hesabat-seçki Konfransı keçirilib
Aprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki Konfransı keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR” -a daxil olan məlumata görə, MHRİK-in sədri Fəzail Bağırov “Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat” məruzəsi ilə çıxış edib. Bildirib ki, hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.
25 Aprel 2017 17:55 SosialAprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki Konfransı keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR" -a daxil olan məlumata görə, MHRİK-in sədri Fəzail Bağırov "Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat" məruzəsi ilə çıxış edib. Bildirib ki, hörmətli Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.
Konfransın işində iştirak edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev, tədbirə qonaq qismində qatılan Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqının sədr müavini Natalya Burova, Oktyabr Dəmir Yolu Həmkarlar İttifaqının sədr müavini Tatyana Şebalova çıxış edərək, MHİRK-in beşillik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Daha sonra MHİRK-in təsis etdiyi "İlin ən yaxşı müəssisəsi" müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr, bir qrup həmkarlar fəalına AHİK-in fəxri-fərmanları təqdim olundu. Fəzail Bağırov növbəti dəfə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri şeçildi. Konfransdan sonra qonaqların Bakının tarixi yerlərinə və Bakı sərnişin stansiyasına ekskursiyası təşkil olunacaq.