Gündəm
Avropada antiTürkiyə dalğası yeni mərhələdə
Avropada Türkiyəyə qarşı qərəz, nifrət hissi artıq özünü tam çılpaqlığı ilə büruzə verməkdədir. 16 aprel referendumu ərəfəsində Hollandiya və Almaniyada müşahidə edilən antiTürkiyə münasibəti, siyasəti indi demək olar ki, qoca qitədə bütövlükdə özünü göstərməkdədir. Səbəblər isə aydındır. Türkiyənin artan nüfuzu, bölgəsəl gücə çevrilməsi. Qərbin, Avropanın diqtəsi ilə hərəkət etməməsidir. Təbii ki, burada Ankaranın Moskva ilə münasibətlərinin normallaşması da var. Avropanın Rusiyanı iqtisadi cəhətdən çökdürmək məqsədinin məhz Türkiyənin sayəsində reallaşmaması qoca qitədə heç cür həzm edilmir.
Əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır?
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir.
Nəqdsiz hesablaşmalara keçid alqışlanmalıdır
Maliyyə Bazarlarına Nəzarət Palatısının sədri Rüfət Aslanlının bu günlərdə QHT-lərin aldığı qrantların xərclənməsinin bank vasitəsilə həyata keçirməsilə barədə verdiyi qərar vətəndaş cəmiyyətində haqlı narazılıq yaradıb.
Vətəndaş çəmiyyətləri çıxış yolu axtarırlar
Ölkədə fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.
Onlar müəllim, biz tələbə deyilik - YETƏR ARTIQ
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı göstərdi.
Üç nazir Moskvada Qarabağdan danışacaqlar
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında keçiriləcək görüşün vaxtı müəyyənləşib. “Olaylar” Rusiya mətbuatına istinadən xəbər verir ki, hər üç ölkənin XİN rəhbərləri aprelin 28-də Moskvada görüşəcək.Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında məsələlər müzakirə ediləcək.
"ABŞ bizi bu addımı atmağa vadar edir" - General
Aprelin 7-də ABŞ-ın Suriya ərazisində yerləşən "Əş-Şəyrat" aerodromuna endirdiyi raket zərbələri Rusiya hərbçilərinin həyatı üçün təhlükə yaradıb. Rusiya Müdafiə Nazirliyi hərbçilərin müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görür.
"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan ABŞ-lı siyasətçiyə yenidən müraciət edib.
Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək. Bunu Türkiyənin "Strategic Outlook" analitika mərkəzinin sədr müaviniMehmet Fatih Öztarsu deyib.
AŞPA-nın komitə sədri: “Belə qərarla Türkiyəni siyasətindən çəkindirmək mümkün deyil”
“Avropa Şurasi Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir. Türkiyə hökumətinin Qərbin təşkilat və institutları ilə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu zamanda AŞPA-nın belə haqsız qərar qəbul etməsi böyük problemlərə gətirib çıxara bilər”. Bunu Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, sözügedən təşkilatın komitə sədri Sahibə Qafarova deyib.
Politoloq: "Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır"
“Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qeyri-obyektiv, ədalətsizdir və qərəzlidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Rəsul Çunayev: “Məşqçilərimizin tapşırıqlarını layiqincə yerinə yetiririk”
“IV İslam Həmrəliyi Oyunlarının Azərbaycanda keçirilməsinə az vaxt qalıb. Mən güləşçi olaraq, güləş yığma komandasının oyunlara hazırlıq prosesindən söz aça bilərəm. Bizim hazırlığımız yüksək səviyyədə gedir”. Bunu Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev deyib.
IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bütün müsəlman dünyasının diqqətini ölkəmizə çəkəcək
Məlum olduğu kimi may ayının 12-dən 22-dək Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Sayca dördüncü dəfə keçiriləcək bu oyunlara hazırlıq işləri artıq başa çatmaq üzrədir. Ölkənin bütün idman arenaları demək olar ki, bu mötəbər yarışa tam hazırdır. Bəs görəsən IV İslam Həmrəyliyi Oyunları Azərbaycana hansı dividentlər gətirəcək? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.
Qismət – Atlar niyə çəhrayıdır?
Hansı uşaqlar peyvənd oluna bilməz?
Azərbaycanda peyvəndlərdən kənarda qalma göstəriciləri uşaqlar arasında müxtəlifdir. Bunu bu gün keçirdikləri tədbirdə Səhiyyə Nazirliyinin Respublika və Gigiyena Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.













