Nəqdsiz hesablaşmalara keçid alqışlanmalıdır
Maliyyə Bazarlarına Nəzarət Palatısının sədri Rüfət Aslanlının bu günlərdə QHT-lərin aldığı qrantların xərclənməsinin bank vasitəsilə həyata keçirməsilə barədə verdiyi qərar vətəndaş cəmiyyətində haqlı narazılıq yaradıb.
26 Aprel 2017 14:14 İqtisadiyyatFikrət Yusifov: "Ancaq QHT-lərin fəaliyyətindəki xüsusiyyətlər onların birdən birə nəğdsiz hesablaşmalara keçməsini mümkünsüz edir"
Maliyyə Bazarlarına Nəzarət Palatısının sədri Rüfət Aslanlının bu günlərdə QHT-lərin aldığı qrantların xərclənməsinin bank vasitəsilə həyata keçirməsilə barədə verdiyi qərar vətəndaş cəmiyyətində haqlı narazılıq yaradıb. Vəziyyət kifayət qədər qeyri-normal olduğundan Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyinin Şurasının sədri Azay Quliyev də həmin qərarın dəyişməsi üçün çağırış edib. Eyni zamanda ötən gün yüzlərlə QHT tərəfindən Prezident İlham Əliyevə məsələ ilə bağlı müraciət edilib. Məsələ ilə bağlı fikirlərini bildirənBeynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da sözügedən qərarın əleyhinə olduğunu deyib. O, bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına hər hansı bir QHT-nin yerinə yetirdiyi layihəyə ayrılan vəsaiti başqa müəssisələrin fiziki və ya hüquqi şəxslərə köçürdükləri vəsaitlərlə eyniləşdirmək olmaz. Çünki bu layihələrin maliyyələşdirilməsi barəsində qərar Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyinin Şurasının hərtərəfli yoxlanışından sonra verilir: "Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə "Nəğdsiz hesablaşmalar haqqında qanun"a uyğun olaraq belə qərar qəbul etdi və eyni zamanda Nazirlər Kabinetinin xüsusi qərarına istinadən bu addımı terrorizmə qarşı mübarizə ilə bağlı bir addım kimi dəyərləndirdi. Lakin QHT-lərin dövlətdən dəstək alaraq yerinə yetirdikləri layihələrdə belə məqamların olması mümkün deyil. Bütövlükdə nəqdsiz hesablaşmalara keçid alqışlanmalıdır. Lakin bu gün QHT sektoru nə dərəcədə bu qaydada işləməyə hazırdır? Bu çox ciddi bir məsələdir. İnkişaf etmiş ölkələrdə praktik olaraq nəğd pulla işləmirlər. Məsələn, biz xarici ölkələrdə olanda, iri küpürlü pulları cibimizdən çıxardıb nəğd ödəniş edəndə bizə çox qəribə baxırlar.Yüz dollar və ya beş yüz avroluq əskinazı görəndə təəccüblənirlər. İnkişaf etmiş ölkələrdə yaşayan insanlar öyrəniblər ki, hər ödənişi nəğdsiz qaydada aparsınlar. Heç şübhəsiz, biz də bu mərhələyə gəlib çatmalıyıq. Son illərdə bu istiqamətdə az iş görülməyib. Məsələn, bu gün bütün müəssisələrimiz hesablaşmaları nəğdsiz qaydada aprırlar. Ancaq yaxın illərə qədər bu belə deyildi. Müəssisələr ödənişlərinin bir qismini nəğd şəkildə həyata keçirirdilər. Qeyri Hökumət Təşkilatlarının fəaliyyətindəki xüsusiyyətlər onların birdən birə nəğdsiz hesablaşmalara keçməsini mümkünsüz edir. Birdən-birə belə qərarın qəbul edilməsi QHT sistemi üçün müəyyən problemlər yaradır. QHT ilə bağlı məsələlərdə bir incəlik var ki, bunu diqqətdən qaçırmaq olmaz. QHT üçün vəsaiti kim ayırır? Bu bir müəssənin işçiyə və hüquqi şəxsin fiziki şəxsə köçürtdüyü pul vəsaiti deyil. Bu dövlətin dəstəyi ilə ayrılan vəsaitdir. Ona görə buna indiki mərhəllədə fərqli şəkildə yanaşılmalıdır. Hesab edirəm ki, MaliyyəBazarlarına
Nəzarət Palatası QHT-lərə münasibətdə bu xüsusiyyətləri nəzərə almalıdır. Terrorizmə qarşı mübarizə ilə bağlı müəyyən vəsaitlərin hərəkətinə nəzarət nöqteyi-nəzərindən vəsaitlərin nəğd şəkildə istifadəsinə bu cür yanaşım doğrudur. Lakin əvvəldə dediyimiz kimi QHT-lərə dövlət xətti ilə ayrılan vəsaitlərdən başqa məqsədlərə istifadə mümkün deyil. Dövlətin dəstəyi ilə QHT-nin yerinə yetirdiyi layihə kifayət qədər süzgəcdən keçdikdən sonra qəbul olunur. Burada vəsaitlərin başqa məqsədə istifadəsi mümkün deyil". Milli Məclisin valyutadəyişmə məntəqələrinin yenidən açılması barədə qərarına gəlincə isə iqtisadçı deyib ki, valyutadəyişmə məntəqələrinin bağlanmasının hər zaman tərəfdarı olub və bu məntəqələrə bir növ qara bazarın münbit platforması kimi baxıb: "Buna görə də o təşəbbüsü dəstəkləyə bilmərəm. Əksinə, hesab edirəm ki, manatın üzən məzənnəyə keçdiyi və valyuta alqı-satqısı zamanı marjanın ləğv olunduğu indiki dönəmdə valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına heç ehtiyac yoxdur. Baxın, artıq bir neçə müddətdir ki, valyuta məntəqələri fəaliyyət göstərmir və banklar praktik olaraq həmin vəzifəni uğurla icra edirlər". İslam Həmrəyliyi Oyunları ərəfəsində dolların manata nisbətdə dəyərinin artıb-artmayacağına gəlincə, Fikrət Yusifov hesab edir ki, burada iki amil diqqətə alınmalıdır: " Fiziki və psixoloji amillər. Fiziki amil ondan ibarətdir ki, həqiqətən ölkəyə çox sayda turistlər gəlir və onlar özləri ilə gətirdikləri pulları bizim valyutaya çevirərərk bazara bilavasitə təsir edə bilirlər. Psixoloji tərəfi isə ondan ibarətdir ki, həmin dövrdə minlərlə turistin ölkəyə gəlməsi bilindiyindən bazar özünü buna kökləyir". Hazırda banklarla bağlı Mərkəzi Bankın yürütdüyü siyasətə gəlincə, iqtisadçı bildirib ki, banklar özəl bir qurumdur və özəl qurumun hər biri çalışar ki, az xərclə öz fəaliyyətini yüksək keyfiyyətlə icra edə bilsin: "Bu nöqteyi nəzərdən bankların birləşməsi, bir araya gəlməsi və bir araya gəldikdən sonra müəyyən xərclərə qənaət etməsi, onların öz işidir. Bu gün bank sektorunda kifayət qədər problemlər var və bu problemlər cəmiyyətdə narazıçılıqlar törədir. İqtisadiyyatımızın maliyyə mənbələrinə ciddi ehtiyacı var. Bu mənbəələrin ən doğrusu bank kreditləridir. Bank nədir və hansı funksiyaları yerinə yetirir? -Bank- vasitəçidir. Kimlərinsə (fiziki və ya hüquqi şəxslərin) sərbəst olan vəsaitini müəyyən şərtlə götürüb onu başqa şərtlərlə ehtiyacı olanlara ötürür. Bu gün banklarımız bu işi layiqincə görə bilmirlər. Bankların problemi ondadır ki, əmanətlər üzrə dollarlaşma 82-83 faiz səviyyəsindədir. Kredit portfelində də bu rəqəm 50% ətrafındadır. 2016-ci ilin yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident bankların işinə belə qiymət verdi:" Bizim iqtisadiyyatımıza ən çox zərbə vuran da banklardır". Bu Prezidentin bankların fəəaliyyətinə verdiyi qeyri-kafi qiymət idi".
Məhəmməd