Putin: BRICS-in qlobal iqtisadiyyatda payı artacaq-ÖZƏL
15:45 DünyaRusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin qlobal iqtisadiyyatdakı payının artmaqda davam edəcəyini, G7 ölkələrinin payının isə azalacağını bildirib.
Olaylar.az xəbər verir ki, o, Rusiya-Afrika İqtisadi və Humanitar Forumunda çıxışı zamanı son beş ildə BRICS ölkələrinin dünya ÜDM-nin 40 faizindən çoxunu, G7 ölkələrinin isə 30 faizindən azını təşkil etdiyini deyib.
Putin bu tendensiyanın gələcəkdə də davam edəcəyini və inkişaf etməkdə olan ölkələrin xeyrinə dəyişəcəyini vurğulayıb. O, bu prosesdə təbii sərvətləri, demoqrafik potensialı və mühüm ticarət yollarının kəsişməsində yerləşməsi ilə seçilən Afrikanın rolunu xüsusi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31