ABŞ ASEAN-a müdafiə sahəsində əməkdaşlıq proqramı təklif edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Pentaqon rəhbəri Pit Heqset Tərəfdaşlıq Münasibətlərinin 50 illiyi ərəfəsində ABŞ və ASEAN arasında müdafiə sahəsində praktiki əməkdaşlıq çərçivə proqramının hazırlanmasını təklif edib. Filippində keçirilən ASEAN müdafiə nazirlərinin iclasında çıxış edən Heqset ABŞ-nin Sakit okean dövləti olduğunu vurğulayaraq, regionda "güc vasitəsilə sülhü" təmin etməyə hazır olduqlarını bildirib. İki günlük tədbirdə ASEAN ölkələri ilə yanaşı Avstraliya, Hindistan, ABŞ və Yaponiyadan da nümayəndələr iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31