İran Qətərin sülh təklifini rədd etdi – ÖZƏL
15:22 DünyaOlaylar.az xəbər verir ki, Qətər vasitəçiləri Tehrana ABŞ və İsrail ilə münaqişənin tənzimlənməsinə dair yeni saziş layihəsi təqdim etsələr də, İran tərəfi təklif olunan şərtləri qəbuledilməz hesab edib. Oktyabrın 25-də Tehranda keçirilən ikitərəfli danışıqlar zamanı təqdim olunan sənədə dair rəsmi Tehran bildirib ki, milli nüvə proqramı ilə bağlı məsələlərdə heç bir güzəştə getmək niyyətində deyil.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrandakı obyektlərə zərbələr endirməsi ilə başlayan silahlı münaqişə çərçivəsində iyunun ortalarında tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalansa da, sonradan tərəflər yenidən qarşılıqlı zərbələr endiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31