Ermənistanda növbədənkənar seçkilər baş tuta bilər
15:06 DünyaNövbədənkənar seçkilərə gedib-getməyəcəyimizi hələ ki, bilmirik. Bu sadəcə mümkün ssenarilərdən biridir.
"News.am" məlumatına görə, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərlə söhbətində bildirib.
"Düşünmürəm ki, müxalifət xalqın Konstitusiya ilə bağlı öz iradəsini ifadə etməsinə qarşı çıxsın", - deyə Aleksanyan əminliyini ifadə edib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri dövlət maraqlarını müdafiə edən müxalifətin formalaşdırılması istiqamətində ehtiyatlı davranmağın vacibliyini özü bəyan edib.
"Bizim belə bir müxalifət formalaşdırmaq barədə düşünməyimiz çox pisdir. Çünki hakimiyyət tərəfindən müxalifətin yaradılması siyasi sistemdə baş verə biləcək ən pis hadisədir", - deyə Aleksanyan qeyd edib.
O, hakimiyyətin özünə tabe olan "cib müxalifətinə" ehtiyac duymadığını vurğulayıb. Aleksanyan hesab edir ki, yeni müxalifətin formalaşdırılmasına çağırışlar etməkdən başqa, hakim qüvvə bu istiqamətdə fəal addımlar atmamalıdır.