Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Bu il oktyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 593,540 milyon manat təşkil edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistik bülleteni əsasında hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 73,7 milyon manat və ya 14,2 faiz artıb.

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kreditlər üzrə orta faiz dərəcəsi 19,72 faiz təşkil edib. Sözügedən kreditlərin 593,396 milyon manatı milli valyutada, 145 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qısa müddətli kreditlərin həcmi 35,620 milyon manat olub. Bunun 35,609 milyon manatı milli valyutada, 11 min manatı isə SDV-də ifadə olunub. Uzunmüddətli kreditlərin həcmi isə 557,921 milyon manat təşkil edib. Uzunmüddətli kreditlərin 557,787 milyon manatı milli valyutada, 134 min manatı SDV-də verilib.

Eyni zamanda, bu il oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 38,363 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,057 milyon manat və ya təxminən 1,7 dəfə çoxdur.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda kreditlər üzrə orta faiz dərəcəsi 13,99 faiz olub. Region üzrə kredit qoyuluşlarının 29,514 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə SDV-də yerləşdirilib.

Şərqi Zəngəzurda qısamüddətli kreditlərin həcmi 13,760 milyon manat təşkil edib. Bunun 4,911 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə SDV-də olub. Uzunmüddətli kreditlərin həcmi 24,604 milyon manat təşkil edib və bu məbləğ tamamilə milli valyutada formalaşıb.

Beləliklə, oktyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə kredit qoyuluşlarının ümumi həcmi 631,903 milyon manata çatıb. Bu göstərici illik müqayisədə 89,7 milyon manat və ya 16,5 faiz artım deməkdir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın bütün iqtisadi rayonları üzrə kredit qoyuluşlarının həcmi 33,685 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,408 milyard manat və ya 15,1 faiz artıb.

Ümumi kredit portfelinin 27,787 milyard manatı milli valyutada, 5,898 milyard manatı isə sərbəst dönərli valyutada olub. Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,06 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31