Avropada antiTürkiyə dalğası yeni mərhələdə
Avropada Türkiyəyə qarşı qərəz, nifrət hissi artıq özünü tam çılpaqlığı ilə büruzə verməkdədir. 16 aprel referendumu ərəfəsində Hollandiya və Almaniyada müşahidə edilən antiTürkiyə münasibəti, siyasəti indi demək olar ki, qoca qitədə bütövlükdə özünü göstərməkdədir. Səbəblər isə aydındır. Türkiyənin artan nüfuzu, bölgəsəl gücə çevrilməsi. Qərbin, Avropanın diqtəsi ilə hərəkət etməməsidir. Təbii ki, burada Ankaranın Moskva ilə münasibətlərinin normallaşması da var. Avropanın Rusiyanı iqtisadi cəhətdən çökdürmək məqsədinin məhz Türkiyənin sayəsində reallaşmaması qoca qitədə heç cür həzm edilmir.
26 Aprel 2017 14:17 DünyaAŞPA-nın son qərarı bunu deməyə əsas verir
Avropada Türkiyəyə qarşı qərəz, nifrət hissi artıq özünü tam çılpaqlığı ilə büruzə verməkdədir. 16 aprel referendumu ərəfəsində Hollandiya və Almaniyada müşahidə edilən antiTürkiyə münasibəti, siyasəti indi demək olar ki, qoca qitədə bütövlükdə özünü göstərməkdədir. Səbəblər isə aydındır. Türkiyənin artan nüfuzu, bölgəsəl gücə çevrilməsi. Qərbin, Avropanın diqtəsi ilə hərəkət etməməsidir. Təbii ki, burada Ankaranın Moskva ilə münasibətlərinin normallaşması da var. Avropanın Rusiyanı iqtisadi cəhətdən çökdürmək məqsədinin məhz Türkiyənin sayəsində reallaşmaması qoca qitədə heç cür həzm edilmir. Avropa tərəfindən "edam" hökmünə məhkum edilmiş Rusiyanın məhz Türkiyə tərəfindən "dar ağacı" ipindən azad edilməsinin nəticəsidir ki, bu gün qoca qitədə Ankaradan qisas almağın yolları aranır. Elə bu günlərdə keçirilən Avropa Şurası Parlament Assambleyasının toplantısında təşkilata üzv ölkələrin böyük əksəriyyətinin Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verməsi də Ankaradan qisas almağın bir yoludur. Kifayət qədər qərəzli və sırf siyasi məqsəd daşıyan sözügedən qətnamədə qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Avropa Şurası Parlament Assambleyasının məlum qərarı rəsmi Ankara tərəfindən haqlı olaraq ciddi etirazla qarşılanıb və bu ölkənin yüksək rütbəli rəsmiləri AŞPA-da qəbul edilən qətnamə Türkiyəyə siyasi təzyiq kimi dəyərləndirilib. Heç şübhəsiz ki, Türkiyəyə qarşı AŞPA-da qəbul edilmiş bu qərəzli qətnaməyə rəsmi Ankara tərəfindən daha qətiyyətli tədbirlər görüləcək və adekvar addımlar atılacaq. Çünki sözügedən qətnamə Türkiyənin artan nüfuzunu zəiflətməklə yanaşı, eyni zamanda demokratik dəyərlərə də tamamilə ziddir. Elə Azərbaycanda da məhz bu cür düşünürlər. Siyasi mövqeyindən asılı olmayaraq böyük əksəriyyət Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etmiş olduğu qətnaməni qərəzli və qardaş ölkəyə siyasi təzyiq kimi qiymətləndirir.
Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı çox yanlış və çox ədalətsiz bir qərardır. Onun sözlərinə görə, heç kimin, heç bir qüvvənin və heç bir beynəlxalq qurumun haqqı yoxdur ki, Türkiyə ilə belə bir rəftar etsin: "Türkiyə oturuşmuş, demokratik dəyərləri mənimsəmiş, əxz və bunu praktikada əyani şəkildə sübut etmiş bir ölkədir. Ona görə, indi kimlərsə Türkiyəyə dərs keçmək, dərs vermək fikrinə düşməsin. Çünki Türkiyə tələbə deyil ki, kimsə və ya kimlərsə ona müəllimlik etsin. Əslində Türkiyə ona dərs verib, müəllimlik etmək sevdasında düşənlərə əla dərs verə və müəllimlik edə bilər. Çünki Türkyənin buna daha çox haqqı çatır". Millət vəkili deyib ki, Türkiyə Avropa Şurası Parlament
Assambleyasının əsas təsisçilərindən və qurucularından biridir. Onun sözlərinə görə, qardaş ölkə təkcə həmin qurumla deyil, bütün beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır: "
"Ancaq çox təəssüflər olsun ki, bu gün hadisələr, proseslər başqa məcrada cərəyan edir. Son qərar da bunu bir daha açıq-aşkar ortaya qoyur". Millət vəkili Eldəniz Səlimov bildirib ki, AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq və kəskin etiraz doğurub: "Başqa cür də ola bilməz. Biz Azərbaycan cəmiyyəti olaraq, Avropa Şurası Parlament Assambleyasının qardaş və dost Türkiyəyə qarşı son dərəcədə ədalətsiz qərarına sakit, səssiz qala bilmərik. Biz bu qərarı kəskinliklə qınayır, pisləyir və AŞPA-nı öz yanlış qərarından çəkinməyə çağırırıq". Türkiyənin respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşdığını diqqətə çatdıran Eldəniz Səlimov deyib ki, ötən müddətdə böyük çətinliklərə, çoxlu maneələrə və əngəllərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub: "Kiminsə də kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır".
Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, qardaş ölkəyə qarşı Avropa Şurası Parlament Assambleyasında qəbul edilmiş qətnamə qərəzli və yalnışdır. O, bildirib ki, Avropa Türkiyəyə son dövrlər xüsusilə güclü şəkildə göstərdiyi qərəz və yanlışlıqlarla bu qoca qitənin xristian təəssübkeşliyi kimi zərərli bir xəstəliyə düçar olduğunu və bunun sonucu olaraq İslamofobiya yaratmaq, böyük türk dünyasının demokratik inkişafından əndişələnmək kimi isterikalara düçar olduğunu təsdiqləyir: "Avropa Şurası Parlament Assambleyasının, Avropa Birliyinin Türkiyə ilə bağlı son bəyənat və addımları qəbuledilməzdir və özünü demokratik sayan qitə üçün başucalığı gətirmir. Türkiyə demokratik bir dövlət olub həmişə Avropa dəyərlərinə sayğılıdır. Belə olan halda Türkiyəni Avropadan qırmaq meyli doğru deyildir. Türkiyə tək Türkiyədən ibarət deyil Türkiyə böyük bir Türk dünyasının yetirməsidir". Rövşən Məmmldi bildirib ki, Türk dünyası Avropadan çox böyükdür və bu dünyanın Avropaya elə bir ehtiyacı da yoxdur: "Əksinə Avropanın Türkiyəyə ehtiyacı vardır. Odur ki, Avropa qərəzliliyi, şübhələri bər kənara atıb Türk dünyası ilə səmərəli əməkdaşlığı düşünsə onda öz dəyərlərinə hörmət eləmiş olar".
Süleyman