Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək. Bunu Türkiyənin "Strategic Outlook" analitika mərkəzinin sədr müaviniMehmet Fatih Öztarsu deyib.
26 Aprel 2017 13:52 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək. Bunu Türkiyənin "Strategic Outlook" analitika mərkəzinin sədr müaviniMehmet Fatih Öztarsu deyib.
Onun sözlərinə görə, ötən il Türkiyə və Avropa İttifaqı (Aİ) sıx əməkdaşlıq ediblər:
"Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi, amma indi həm Aİ-də, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Aİ-ni məhkəməyə vermək hüququna malikdir".
Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir. Trend.az