Gündəm

BİTK-da Şura iclası keçirilib

26 Aprel 2017 14:53

Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. BİTK-dən verilən məlumata görə, iclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib. İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin “Tədris Metodika” Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Adnan Menderes Universitetinin əməkdaşları ADMİU – da

26 Aprel 2017 14:51

Mədəniyyət və İncəsənət Universiteti xarici ölkələrin Universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi etməklə gələcək nailiyyətlərin və inkişafın əsasını qoyulur. ADMİU – da növbəti belə görülərdən biri də Adnan Menderes Univerisitetinin əməkdaşları ilə baş tutub.

Oqtay Əsədov italiyalı deputatları qəbul edib

26 Aprel 2017 14:49

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, qonağı salamlayan sədr Lara Kominin səfərinin nəinki Avropa İttifaqı Parlamenti və Azərbaycan Parlamenti arasında, eləcə də Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Sədr diqqətə çatdırıb ki, Milli Məclislə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir və biz bundan məmnunuq.Sədr qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında da yüksək səviyyəli əlaqələr var. Bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və hər iki tərəfin maraqlarına xidmət edir.

Nazir: “İşsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib”

26 Aprel 2017 14:48

“İşsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.Nazirin sözlərinə görə, Milli Məclisin yaz sessiyasının 1-ci oxunuşda bu məsələyə baxıla bilər: “Çünki biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə bu barədə artıq danışmışıq.

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı substantiv danışıqlara hazırdır"

26 Aprel 2017 14:47

Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü əsasında keçirilmiş Sankt-Peterburq görüşündə prezidentlər səviyyəsində münaqişənin həlli ilə bağlı əsaslı müzakirələr aparıldı. Bu danışıqlar mahiyyət etibarilə işğala əsaslanan status-kvonun dəyişdirilməsini nəzərdə tuturdu.

Bakıda məşhur obyektlər sevgililərə qənim kəsilib: "Çəkilişə görə 300 manat verin"

26 Aprel 2017 14:45

Öz toyu üçün "love story" çəkmək istəyən gənclər çətin duruma düşüblər.  Tural Əliyev deyir ki, Bakıda "love story" çəkməyə yer tapmır. 

Baş Qərargah rəisi Xorvatiyaya gedib

26 Aprel 2017 14:38

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiyaya səfərə gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər Xorvatiya Respublikasının müvafiq qurumunun dəvəti ilə baş tutub. Baş qərargah rəsinin səfəri aprelin 26-dan 28-dək davam edəcək.

Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib

26 Aprel 2017 14:36

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Gömrük Komitəsi vergidən yayınan firmaların adlarını açıqladı

26 Aprel 2017 14:36

Dövlət Gömrük Komitəsi bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları olan bəzi Azərbaycan şirkətləri dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək  idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. 

Deputat: "AŞPA-nın qərarı Türkiyəyə qarşı kampaniyanın növbəti mərhələsidir"

26 Aprel 2017 14:34

AŞPA-nın Türkiyə ilə bağlı qərarı bu ölkəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsidir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildrib ki, 1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir: "Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsini Avropa dəstəkləmir. Ötən il Almaniya parlamenti uydurma "erməni soyqırım"ını tanıyaraq, Türkiyəyə qarşı böyük bir haqsızlıq etdi. Bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, dünən isə AŞPA-nın Türkiyəni post-monitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması isə Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir".

AŞPA-nın ədalətsizdir və qərəzli qərarı nəyə xidmət edir?

26 Aprel 2017 14:28

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür.

“Azad media bu gün Azərbaycandakı mediadır”

26 Aprel 2017 14:25

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, dümokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb və hazirda da bu istiqamətdə fəaliyyət davam etməkdədir.

“Qəti hökm verməzdən öncə bir də düşünək”

26 Aprel 2017 14:22

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı əks etdirib. Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə Türkiyə və Azərbaycanın tarixi bağlılıqlarından, həmin ölkədə baş verən bütün proseslərə Azərbaycanda həmişə ən müxtəlif səviyyələrdə ciddi diqqət göstərilməsindən bəhs edərək deyib: “Türkiyə Respublikasının qurucusu, onu müasir Avropa ölkəsinə, demokratik bir dövlətə çevirmiş Mustafa Kamal Paşanın məşhur sözləri var: “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir”. 

Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır

26 Aprel 2017 14:21

Müntəzəm olaraq keçirilən bu və ya digər beynəlxalq tədbirlərdə, konfrans və toplantılarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışları, ortaya qoyduqları faktlarla erməni yalanlarını ifşa edir, onların böhtan, qərəz dolu fəaliyyətlərini əngəlləməyə nail olurlar. Bu günlərdə anoloji hadisə Cenevrədə təkrar olunub.

Azərbaycan-Türkiyə hərbi ittifaqı güclənir

26 Aprel 2017 14:18

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıq əlaqələri hərbi sahəyə də sirayət edir. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakıya hərbi sahədə dəstək verən ilk dövlətlərdən biri məhz qardaş Türkiyə olub. Məhz Türkiyənin dəstəyi sayəsində Azəbaycan Ordusunda peşəkarlığın səviyyəsi artırılıb, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilib. Mütəmadi olaraq keçirilən ikitərəfli hərbi təlimlər də hərbi sahədə əməkdaşlıığın inkişaf etdirilməsinə öz töhfəsini verir.