BİTK-da Şura iclası keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. BİTK-dən verilən məlumata görə, iclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib. İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin “Tədris Metodika” Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. BİTK-dən verilən məlumata görə, iclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib. İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin "Tədris Metodika" Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, 2016/2017-ci tədris ilinin əvvəlində kollec üzrə 14 fənn birləşmə komissiyasının (FBK) yaradıldığını, həmin komissiyalarının fəal iştirakı ilə kollecin bütün müəllimlərinin təqvim-mövzu planlarının vaxtında tərtib və təsdiq edildiyini bildirib.

Qeyd edib ki, kredit sistemi ilə təhsil alan qrup tələbələri üçün sərbəst işlər də vaxtında tərtib edilib və FBK sədrləri tərəfindən təsdiqlənib. F.Nəsirov açıq dərslərin də tərtib və təsdiq edilmiş qrafik üzrə aparıldığını diqqətə çatdırıb. Bildirib ki,indiyə qədər hər bir müəllim metodiki işlər hazırlayıb və şuraya təqdim edib.Daha sonra proqramlar haqqında bənd-bənd məlumat verən natiq çıxışının sonunda qeyd edib ki, indiyə qədər 116 proqramın elektron variantı tədris hissə müdirinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31