Aİ Rusiya ilə danışıqlar üçün nümayəndə heyəti hazırlayır-ÖZƏL
13:15 DünyaOlaylar.az xəbər verir ki, Euronews-un mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı Ukraynanın təslim olmasının qarşısını almaq məqsədilə Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti hazırlayır. Heyətə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin kabinet rəhbəri Byorn Seybertin başçılıq etməsi nəzərdə tutulur.
Məlumata görə, Aİ 2022-ci ildən bəri davam etdirdiyi Rusiyaya qarşı diplomatik boykot siyasətini dəyişməyi ciddi müzakirə edir. Buna səbəb ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son addımlarının Avropa liderlərində narahatlıq yaratmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31