Gündəm

Avropanın Türkiyə qərəzi: Ankara AŞPA-dan çıxacaq? – Şərh

26 Aprel 2017 15:35

Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı AŞPA-nın işinə ciddi xələl gətirəcək. Bu sözləri Axar.az-a Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq AŞPA-nın Türkiyəyə qarşı yenidən qərəzli siyasət həyata keçirməyə başladığını deyib:

Tarixçi: Avropa islamofobiyanın əsirinə çevrilir

26 Aprel 2017 15:31

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı məni təəccübləndirmədi. Bu, gözlənilən idi. Çünki AŞPA uzun illərdir qardaş Türkiyəni “qaralayaraq”, onun Avropaya yolunu kəsməklə məşğuldur. Türkiyə 54 il əvvəl Avropa İttifaqına üzvlük üçün müraciət edib. Amma hələ də onu yaxına buraxmırlar. Halbuki Avropa İttifaqında elə dövlətlər var ki, həm inkişaf səviyyəsinə, həm də insan haqları və başqa demokratik amillərə görə, Türkiyədən çox-çox geridədir. Fikrimcə, Türkiyəyə qarşı ayrı-seçkiliyin əsas səbəbi son illər Avropada baş qaldıran islamofobiyadır. AŞPA-nın bu ədalətsiz qərarı təşkilatda islamofob meyillərin hakim mövqeyə çıxdığını bir daha göstərir.

Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir

26 Aprel 2017 15:21

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə ziddir.

Azərbaycan Aşıqlar Birliyi katibliyinin bəyənatı

26 Aprel 2017 15:11

Son günlərdə Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi. Çünki burada söhbət həm də həmin “toy”da bir “aşığın” iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin “toy”da oxuyan “aşıq” Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil. Onu balabanda müşaiyət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Səlim Müslümovla Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri arasında işgüzar görüş keçirilib

26 Aprel 2017 15:09

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşüb. Yerli və xarici şirkətlərin, biznes qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən  görüşü “AmCham”ın prezidenti Nuran Kərimov giriş sözü ilə açaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “AmCham” arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Azərbaycan-Latviya hüquqi əlaqələri genişlənir

26 Aprel 2017 15:08

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.

Azərbaycanın ixrac missiyası Qazaxıstanda

26 Aprel 2017 15:07

Qazaxıstanda olan Azərbaycanın 19 yerli şirkətinin daxil olduğu ixrac missiyası bu gün Astanada aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib.

Riyaziyyat və Mexanika İnstitutunda seminar

26 Aprel 2017 15:03

Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi  sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında  hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Akademiyadan“Olaylar” – abildirilibki, məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilib. Banax və Hilbert fəzalarında atomar ayrılış məsələlərinə baxılıb. K-yaxınlıq anlayışı daxil edilmiş və K-yaxınlığa nəzərən freymlilik xassələrinin və atomar ayrılışın dayanıqlığı isbat edilib.

Bakıda avtomobil 4 piyadanı vurub: ölən və yaralanan var

26 Aprel 2017 15:02

Bakıda avtomobil 4 piyadanı vurub. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb. Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Çobanın meyiti yanmış  fermada tapılıb

26 Aprel 2017 15:01

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Bakıda yeniyetmə qız üstündə bıçaqlandı

26 Aprel 2017 15:00

Bakının Yasamal rayonunun Z.Kərimov küçəsində da bıçaqlanma baş verib. Məlumata görə,  1999-cü il təvəllüdlü Elvin Xaliqzadə həmin ünvanda naməlum şəxs tərəfindən bıçaqlanıb.Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardın göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

DİN əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

26 Aprel 2017 14:59

Xırdalan şəhər sakinindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Salahovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Hacıyevdən nömrəsi silinmiş “Naqan” markalı tapança götürülüb.

İdmançı öldürüldü

26 Aprel 2017 14:57

Türkiyənin Trabzon vilayətində Erkan Parlayan adlı boksçu öldürülüb. “Olaylar” “HaberTurk” - ə istinadən bildirir ki, 42 yaşlı idmançıya 7 dəfə atəş açan K.Ö- polis tərəfindən qısa zaman ərzində saxlanılıb. Dərhal xəstəxanaya yerləşdirilən idmançının həyatını xilas etmək memken olmayıb. Polisə ifadə verən K.Ö qətldən öncə idmançı ilə görüşdüyünü bildirib. Hadisənin şəxsi zəmində baş verdiyi güman edilir.

Saraydan yenilik

26 Aprel 2017 14:57

Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq Sarayın mobil tətbiqi istifadəyə verilib. Saraydan “Olaylar” – a bildirlib ki, yenilikdə məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılarımıza beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir. IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb

26 Aprel 2017 14:55

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.