Azərbaycan-Latviya hüquqi əlaqələri genişlənir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib. Nazirlikdən verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun Latviyanın ədliyyə üzrə dövlət katibi R.Kronberqs ilə görüşü keçirilib.Görüşdə Azərbaycan və Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, hüquqi əlaqələrin genişləndirilməsinə maraq göstərilərək nazirliklər arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılıq əldə olunub. Həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb. R.Kronberqs səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu vurğulayıb, məhkəmə-hüquq sistemindəki yenilikləri maraqla qarşılayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31