Aİ Ukraynada "Starlink" problemindən sonra müdafiə müstəqilliyini artırmağı müzakirə edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynada "Starlink" peyk sisteminin işində yaranan ləngimələrdən sonra Avropa İttifaqı ölkələri öz müdafiə imkanlarını inkişaf etdirmək və ABŞ-dən asılılığı azaltmaq üzrə müzakirələri intensivləşdirib. "Bloomberg"in məlumatına görə, Aİ sammitində rəsmilər texnoloji təchizatçıları diversifikasiya etmək və Avropanın daxili imkanlarını genişləndirmək variantlarını nəzərdən keçiriblər. Lakin bu cür planların reallaşdırılmasının bir neçə il çəkəcəyi və qısamüddətli həll yolu kimi Aİ ölkələrinin NATO çərçivəsində iştirakının gücləndirilməsinin planlaşdırıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31