DİN əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

Xırdalan şəhər sakinindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Salahovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Hacıyevdən nömrəsi silinmiş “Naqan” markalı tapança götürülüb.

Xırdalan şəhər sakinindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Salahovdan "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Hacıyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31