“Bakı Prosesi” bəşəriyyətin ortaq və təhlükəsiz gələcəyinə xidmət edir-Özəl

"Paytaxtımızda işinə başlayan 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan diplomatiyasının və dövlətçiliyinin növbəti böyük uğurudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyev açılış mərasimindəki dərin məzmunlu nitqi ilə həm Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları dünya ictimaiyyətinə çatdırdı, həm də beynəlxalq münasibətlərdə ikili standartlara qarşı qətiyyətli sülh mesajları verdi. Dövlət başçımızın vurğuladığı kimi, əsası 2008-ci ildə qoyulan "Bakı Prosesi" və bu Forum sivilizasiyalararası etimadı bərpa edən əvəzsiz qlobal instituta çevrilmişdir.
Azərbaycan bu gün sadəcə tarixi ədaləti bərpa edən güclü dövlət deyil, həm də fərqli dinlərin və mədəniyyətlərin harmoniya içində yaşadığı unikal multikulturalizm modelidir. Bu ali platforma bəşəriyyətin ortaq və təhlükəsiz gələcəyinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31