ABŞ-ın kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində müşahidə edilib- ÖZƏL
11:32 DünyaABŞ-a məxsus Boeing RC-135U Combat Sent elektron kəşfiyyat təyyarəsi səhər saatlarında Baltikyanı ölkələr və Finlandiya üzərində uçuş həyata keçirib. Olaylar.az xəbər verir ki, TASS-ın məlumatına görə, təyyarə Britaniyanın Mildenhall hərbi bazasından havaya qalxaraq Litva, Latviya və Estoniya üzərindən Finlandiyaya doğru hərəkət edib. Daha sonra Rusiya ilə sərhəd ərazilərə yaxınlaşıb və beynəlxalq sular üzərindən geri qayıdıb.
Mənbənin bildirdiyinə görə, dünyada bu tip cəmi iki təyyarə mövcuddur və onların Baltik regionunda görünməsi nadir haldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00