Ermənistanda müstəqillikdən imtina təbliğatı aparan partiyalar qadağan edilə bilər – ÖZƏL
11:33 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, yeni Konstitusiya layihəsinə xarici maliyyələşmə ilə yanaşı, "müstəqillikdən imtina təbliğatı" aparan siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı bənd daxil edilib. Nazir qeyd edib ki, müstəqilliyin və suverenliyin güzəştə gedilməsinə dair çağırışlar, o cümlədən Ermənistanın Rusiya və Belarus İttifaqına qoşulması istiqamətində təşviqat bu məhdudiyyətə düşərək partiyanın fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər.
Noyabrın 23-də dərc olunan yeni Konstitusiya layihəsinin preambulasında qüvvədə olan Əsas Qanundan fərqli olaraq, Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Həmin bəyannamədə Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi və 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədləri əksini tapmışdı.
Məlumata görə, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürür. Baş nazir Nikol Paşinyan isə müxalifəti yeni Konstitusiya üzrə referendumun keçirilməsinə razılıq verməyə çağırıb və əks halda növbədənkənar seçkilərə gedəcəyini bildirib. Qeyd olunur ki, 2026-cı il iyunun 7-də keçirilən seçkilərdə 49,81% səs toplayan hakim "Vətəndaş Müqaviləsi" partiyası parlamentdə konstitusiya çoxluğu əldə edə bilmədiyi üçün referendumun təşəbbüsü üçün deputatların üçdə iki hissəsinin dəstəyinə ehtiyac duyur.