Gündəm

"Bu, çox aşağılayıcı bir hərəkətdir"

26 Aprel 2017 16:29

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərara münasibət bildirib. 

Mikroavtobus partladı: xeyli sayda ölən var

26 Aprel 2017 16:26

Pakistanda sərnişin mikroavtobusunun partladılması nəticəsində 13 nəfər ölüb. Hadisə ölkənin şimal-qərbindəki Kurram vilayətinin Qodar şəhərində baş verib. Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var.

Növbəti sərhəd pozuntusunun qarşısı alınıb

26 Aprel 2017 16:25

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır. “Olaylar” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatına görə,  14.04.2017-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılmışdır.

"AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər"

26 Aprel 2017 16:22

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı rəsmi Ankaraya siyasi baxımdan nəzarət etmək cəhdi olaraq sərt və Avropa Şurasının üzv ölkəsinə qarşı qəbuledilməz bir qərardır".

Türkiyəli deputatlar AŞ PA-nın sessiyasında iştirak etməyəcəklər

26 Aprel 2017 16:20

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına etiraz əlaməti olaraq Türkiyə nümayəndə heyətinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyyətçi Hərəkət Partiyasından (MHP) olan üzvləri qurumun plenar sessiyasının işində iştirak etməyəcəklər.

Narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu müzakirə olunub

26 Aprel 2017 16:09

Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizədə milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında

26 Aprel 2017 16:08

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Paralimpiyaçılarla görüş keçirilib

26 Aprel 2017 16:07

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına qatılıblar.

Gəmiçilik əməkdaşları üçün təlim təşkil edilib

26 Aprel 2017 16:05

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC əməkdaşları üçün növbəti təlim təşkil edib. “OLAYLAR”-ın idarəyə istinadən verdiyi xəbərə görə, uzun illər dənizdə çalışan kapitan Titos Giannakakisin təlimçiliyi ilə baş tutan bu dəfəki məşğələ “TKİSIN effektiv tətbiqi və DPA tələbləri” mövzusuna həsr olunub. İnteraktiv formada keçən təlimdə əmniyyətli idarəetmə sistemi barədə iştirakçılara ətraflı məlumat verilib. Beynəlxalq gəmiçilikdə sahildə təhlükəsizliyə cavabdeh şəxslərə (DPA) dair mövcud təcrübələr öyrədilib. Diqqətə çatdırılıb ki, Beynəlxalq Təhlükəsiz İdarəetmə Məcəlləsinə əməl etmək barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC öhdəlik götürüb. Bu məcəllədə əmniyyətli idarəetmə sisteminin tətbiqi vacib sayılır. Çünki, ancaq sözügedən sistemdən istifadə etməklə, yüksək keyfiyyətli əmək, sağlamlıq və təhlükəsizlik standartlarına nail olmaq mümkündür.

Rusiya qırıcısı qəzaya uğradı - Pilotlar axtarılır

26 Aprel 2017 16:03

Rusiyanın Zabaykalye diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza Çita şəhərindən 120 kilometr məsafədə baş verib. Qəza zamanı təyyarədə iki pilotuin olduğu barədə məlumat verilib. İlkin məlumatlara görə, pilotlar katapult edə biliblər. Hazırda pilotların axtarışları aparılır. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

Azərbaycan məhsulu Ermənistanda SATIŞA ÇIXARILDI - İrəvan ŞOKDA

26 Aprel 2017 15:53

Ermənistan bazarlarında Azərbaycan almaları satışa çıxarılıb. Publika.az xəbər verir ki, Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti İrəvan bazarlarında yoxlama keçiriblər. Yoxlamaq nəticəsində məlum olub ki, Azərbaycan məhsulu olan “DAD” almaları İrəvanın bazarlarında satışa çıxarılıb. Bu almaların “Erməni bazarı N-1” bazasında bazarlara paylanıldığı deyilir. Azərbaycan məhsullarının Ermənistana necə gedib çıxması ilə dəqiq bilinmir.

Mövlud Çavuşoğlu: "AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər"

26 Aprel 2017 15:48

AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, rəsmi Ankara AŞ PA ilə münasibətlərinə yenidən baxacaq:

"Sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir"

26 Aprel 2017 15:47

Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz.

Elman Nəsirov: "Görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər…"

26 Aprel 2017 15:44

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı, bu ölkənin yenindən monitorinq altına alınması Türkiyə cəmiyyətində olduğu kimi, Azərbaycan cəmiyyətində də haqlıvə kəskin etiraz doğurmamaqdadır. Əksəriyyət bunun AŞPA daxil olmaqla, əksər beynalxq qurumların və onların arxasında dayanan böyük güclərinin antitürk, antiTürkiyə kampaniyasının tərkib hissəsi olduğunu vurğulamaqdadır. 

Düşənbədə “Ailə ocağı” mövzusunda keçirilən Forumda Azərbaycan da təmsil olunur

26 Aprel 2017 15:37

2017-ci ildə Müstəqil Dövlətlər Birliyində elan olunan “Ailə ili” ilə əlaqədar Düşənbə yaxınlığındakı “Yavroz” kurort zonasında “Ailə ocağı” mövzusunda Forum işə başlayıb.