Blaşçak: Polşanın ABŞ hərbi bazası tikməyə vəsaiti yoxdur-ÖZƏL
10:58 DünyaPolşanın keçmiş müdafiə naziri Mariuş Blaşçak bildirib ki, hökumətin ölkədə "Fort Tramp" adlandırılan daimi ABŞ hərbi bazasının tikintisi üçün vəsaiti yoxdur.
Olaylar.az xəbər verir ki, o, Polskie Radio-ya müsahibəsində qeyd edib ki, bazanın tikintisi üçün nə bu ilin büdcəsində, nə də gələn ilin büdcə layihəsində bir zloti nəzərdə tutulub.
Blaşçak yaranmış vəziyyətə görə Baş nazir Donald Tuskun hökumətini günahlandıraraq bunun ABŞ ilə hərbi əməkdaşlığın inkişafına mane olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31