Paralimpiyaçılarla görüş keçirilib
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına qatılıblar.
26 Aprel 2017 16:07 İdmanIV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin Cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət komandaları İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına qatılıblar. "OLAYLAR"-ın xəbərinə görə, idmançılar üçün lazım olan bütün məşq,məişət və iaşə şəraiti yaradılıb. Hıəmçinin rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov paralimpiyaçılarla görüşüb. Cüdo komandasının baş məşqçisi, Olimpiya çempionu, Prezident təqaüdçüsü İbrahim İbrahimov komanda haqqında, təlim məşqlərin gedişi barədə məlumat verib. Qeyd edib ki, dövlətin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı əhatəsində olan paralimpiyaçılar İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırlar. Cüdo yarışlarında 4 çəki dərəcəsində kişilər və 2 çəki dərəcəsində qadınlar İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Əminliklə deyirəm ki, yüksək nəticələr əldə edəcəyik.OİK-də yaradılan şərait, İsmayıllıda gördüyümüz sürətli inkişaf səviyyəsi də bizə yeni ruh verir. Görüşün sonunda komandaya xatirə hədiyyəsi təqdim olunub, şəkil çəkdirilib.