Elman Nəsirov: "Görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər…"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı, bu ölkənin yenindən monitorinq altına alınması Türkiyə cəmiyyətində olduğu kimi, Azərbaycan cəmiyyətində də haqlıvə kəskin etiraz doğurmamaqdadır. Əksəriyyət bunun AŞPA daxil olmaqla, əksər beynalxq qurumların və onların arxasında dayanan böyük güclərinin antitürk, antiTürkiyə kampaniyasının tərkib hissəsi olduğunu vurğulamaqdadır. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı, bu ölkənin yenindən monitorinq altına alınması Türkiyə cəmiyyətində olduğu kimi, Azərbaycan cəmiyyətində də haqlıvə kəskin etiraz doğurmamaqdadır. Əksəriyyət bunun AŞPA daxil olmaqla, əksər beynalxq qurumların və onların arxasında dayanan böyük güclərinin antitürk, antiTürkiyə kampaniyasının tərkib hissəsi olduğunu vurğulamaqdadır. Millət vəkili Elman Nəsirovun sözlərinə görə, AŞPA-da Türkiyə ilə bağlı qərəzli qərar məqsədyönlü və planlı şəkildə qəbul edilib. Məqsəd Türkiyəyə qarşı belə təzyiqləri həyata keçirməklə əslində özlərinin islamofob mahiyyətlərini ortaya qoymaq, müsəlman ölkələri ilə münasibətdə selektiv yanaşma nümayiş etdirərək bu ölkələrə dərs verməkdir. O, qeyd edib ki, Türkiyə Avropa Şurasını yaradan dövlətlərdən biridir. 1949-cu ilin mayında bu təşkilatın qurucularından biri məhz Türkiyə olub. Millət vəkilinin dediyinə görə, bu qurumun əsas fəaliyyəti Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bir missiyanı daşımaqdan ibarətdir. Həmin missiyanı müəyyən edən dövlətlərdən biri də Türkiyə olub, amma indi görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər: "Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərar onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində çox ciddi boşluqlar yaranıb. Əslində AŞPA-nın antitürkiyə qərarı təkcə Türkiyənin hədəfə alınması demək deyil. Bu, eyni zamanda, Avropa Şurasının öz imicinin, nüfuzunun hədəfə alınması deməkdir. Bu, qurum daxilində islamofob, ksenofob qüvvələrin sağlam düşüncə qüvvələrini üstələməsinin göstəricisidir. Yəni, bununla da AŞPA öz gələcəyini sual altına qoymuş oldu. Bu təşkilatın fəaliyyətində qanunların aliliyi prinsipi əsas prinsiplərdən biridir, amma təəssüf ki, o, öz fəaliyyəti ilə qanunların aliliyinə nə qədər biganə qaldığını və bir çox hallarda onu pozduğunu özü nümayiş etdirdi. AŞPA tərkibində belə monitorinq prosedurlarının əsası 1993-cü ildə qoyulub. 1997-ci ildə isə belə monitorinqlərin aparılması ilə bağlı komissiya yaradılıb və monitorinq komitəsi adı altında sonradan fəaliyyət göstərməyə başlayıb. Türkiyəyə münasibətdə də 2004-cü ilə qədər bu monitorinq prosesləri həyata keçirilib. 13 il bundan öncə, yəni, 2004-cü ildən başlayaraq artıq Türkiyə postmonitorinq dövrünə keçib. İndiki halda yenidən Türkiyəyə qarşı bu ölkədə guya insan hüquqlarının pozulması, jurnalistlərin sıxışdırılması kimi cəfəng ittihamlar irəli sürmək bir məqsədə xidmət edir. Bu da ondan ibarətdir ki, həmin islamofob qüvvələr heç bir halda regionda Türkiyə kimi inkişaf etmiş, konkret hədəfləri olan bir müsəlman ölkəsini görmək istəmirlər. Bu, hər kəsə gün kimi aydındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31