Düşənbədə “Ailə ocağı” mövzusunda keçirilən Forumda Azərbaycan da təmsil olunur

2017-ci ildə Müstəqil Dövlətlər Birliyində elan olunan “Ailə ili” ilə əlaqədar Düşənbə yaxınlığındakı “Yavroz” kurort zonasında “Ailə ocağı” mövzusunda Forum işə başlayıb.

2017-ci ildə Müstəqil Dövlətlər Birliyində elan olunan "Ailə ili" ilə əlaqədar Düşənbə yaxınlığındakı "Yavroz" kurort zonasında "Ailə ocağı" mövzusunda Forum işə başlayıb.

Tədbirdə Rusiya, Qırğızıstan, Belarus, Moldova, Ukrayna, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Azərbaycanı Forumda Milli Məclisinin deputatı Naqif Həmzəyev təmsil edir.

Forumda MDB məkanında fəaliyyət göstərən gənclər təşkilatları və assosiasiyaları arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilir, demoqrafiya və ailə siyasəti istiqamətində fikir mübadiləsi aparılır.

Tədbir çərçivəsində plenar diskussiyalar, "dəyirmi masa"lar keçiriləcək, problemli ailələrə sosial yardım üzrə yeni strategiyaların, könüllülərin layihələrinin təqdimatı olacaq, Düşənbədəki uşaq evlərinə, internat məktəblərə baş çəkiləcək.

Naqif Həmzəyevin Forumda "Azərbaycan Respublikasında gənclər siyasəti" mövzusunda məruzəsi dinləniləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31