Gündəm
İranda AES "silkələndi"
İranın Buşəhr əyalətindəki Şabankareh şəhərində Rixter cədvəli ilə 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar atom elektrik stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 60 kilometr məsafədə qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itki olmadığı barədə məlumat verilib.
Sevgilisini itlərə yedirən futbolçu yenidən həbs olundu
Ötən ay azadlığa buraxılan braziliyalı qapıçı Bruno Fernandes yenidən həbs edilib. "Sambaçı" həyatının daha 15 ilini türmədə keçirəcək. Buna səbəb Fernandesin keçmiş sevgilisi Elizu Samudonun vəhşicəsinə qətlə yetirilməsində təqsirli bilinməsidi.
"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir"
"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir". Bunu Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.
Dövlət əmlakını mənimsəyən azərbaycanlı AXTARILIR
İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1963-cü ildə İmişli rayonunda anadan olan Əli Fərzəliyev külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.
Əli İnsanova 7 il 5 gün HƏBS CƏZASI
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək
"Bu günə olan məlumata görə, 8 yaşdan yuxarı 37 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib". Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Qərarı qəbul edənlər lazımi cavablarını alacaqlar"
"AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərarı təməlləri, əsası olmayan, Türkiyə gerçəkliklərini əks etdirməyən, ədalətsiz və qərəzli bir qərardır və Türkiyə dövləti və milləti üçün yox hökmündədir".
Bəzi mətbu orqanların “əmək haqlarının 1 manat artırılması” kimi fikirləri yanlışdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Milli Məclis mayın 2-də yığışacaq
"Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 2-də keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 14 məsələ daxil edilib. Yaz sessiyasının növbəti iclasında “Azərbaycan Respublikası və Latviya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” sazişin təsdiqlənməsi ilə bağlı məsələ də müzakirə ediləcək.Gündəlikdə bir sıra qanunlara dəyişiklik və qanun layihələri müzakirəyə çıxarılacaq
“Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə ölkənin irimiqyaslı loyallıq proqramı olan “Ulduzum”un yeni tərəfdaşını elan edir. Türk Hava Yolları ilə əldə olunmuş razılaşmaya əsasən, Ulduzum abunəçiləri “Miles&Smiles” beynəlxalq miqyaslı loyallıq proqramından əlavə millər əldə edəcəklər.
Valyutadəyişmə məntəqələrinin bərpası nəyi dəyişdirəcək?
Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən təsdiq olundu. Bununla da istənilən hüquqi və fiziki şəxs 500 manat girov qoymaqla valyuta dəyişmə məntəqəsi aça biləcək. Xatırladaq ki, elə bir il öncə parlament valyitadəişmə məntəqələrinin bağlanması haqqında qərzr qəbul etmişdi. Nə qədər qəribə olsa da, sözügedən qərarın ölkədə “qara bazarın” yığışdırılması məqsədilə qəbul edildiyi bildirilirdi. Maraqlıdır, iqtisadi proseslərdə nə dəyişiklik baş verdi ki, yenidən valyutadəyişmə məntəqələrinin açılması zərurəti yarandı?
Ankara AŞ PA-nın qərarını qətiyyətlə pisləyib
Rəsmi Ankara Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını qətiyyətlə pisləyib. Ankara bu ədalətsiz qərarı siyasiləşdirilmiş adlandırıb. Türkiyə XİN həmçinin bu qərarı yanlış olduğunu qeyd edib.
Prezident İlham Əliyev: 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır
25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Bunu Azərbaycan Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən neftçilərlər söhbətində deyib.
Akif Çovdarovun məhkəməsində keçmiş MTN əməkdaşı ifadə verib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Balaca şahzadə” Musiqili Teatrda
Musiqili Teatrda yeni tamaşanın məşqlərinə start verilib. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, teatrda Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri olan “Balaca şahzadə” əsərinin musiqili tamaşası hazırlanır.“Balaca şahzadə” bir çox yeniliklərlə zəngin olacaq.














