Aİ ölkələri Ruandada miqrantlar üçün mərkəz yaratmağı planlaşdırır-ÖZƏL

Beş Avropa İttifaqı ölkəsi-Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderland sığınacaq müraciətləri rədd edilmiş şəxslərin yerləşdirilməsi üçün Ruandada mərkəz yaradılması barədə razılığa gəlməyə yaxındır. Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, razılaşma noyabrın ortalarında Vyanada keçiriləcək miqrasiya konfransı çərçivəsində elan oluna bilər.
Mənbələrin bildirdiyinə görə, büdcə məhdudiyyətləri səbəbindən tərəflər Britaniyanın 2022-ci ildəki miqrasiya proqramı üçün tikdirdiyi, lakin sonradan istifadəsiz qalan infrastrukturdan yararlanmağı nəzərdən keçirirlər. Yeni mərkəzlərin tikintisinin maliyyə baxımından mümkün olmadığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31