Narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu müzakirə olunub

Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizədə milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizədə milli-mənəvi dəyərlərimizin əhəmiyyəti" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov tədbirin mahiyyəti və önəmi barədə məlumat verib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov qeyd edib ki, narkomaniya və digər zərərli vərdişlər yalnız bir insanın fiziki və mənəvi xəstəliyi deyil, bütün cəmiyyətin problemidir. Dövlət Təhlükəsizliyi Xidmətinin rayon idarəsinin məsul əməkdaşı Namiq Hüseynov və rayon polis idarəsinin Narkomaniya ilə mübarizə şöbəsinin rəisi Valeh Əliyev bəşəriyyətin ən böyük qorxusu olan narkomaniya ilə mübarizənin hüquqi-inzibati aspektlərindən danışıb, gənclər və yeniyetmələr arasında narkomaniyanın qarşısının alınması məqsədilə həyata keçirilən geniş və çoxşaxəli tədbirləri xüsusi vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31