Ermənistanda TRIPP layihəsinin ölkənin suverenliyi üçün risk yarada biləcəyi iddia edilib – ÖZƏL
11:39 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan ABŞ-nin TRIPP layihəsinin iqtisadi deyil, ölkənin suverenliyi və milli maraqlarını geosiyasətə qurban verən riskli bir təşəbbüs olduğunu bəyan edib. O qeyd edib ki, yüksək tikinti xərcləri və digər mövcud marşrutlarla müqayisədə iqtisadi baxımdan səmərəsiz olan bu layihə Syunik (Zəngəzur) bölgəsini xarici anklava çevirə bilər. Aşotyanın sözlərinə görə, Ermənistanın idarəedici şirkətdə cəmi 26% paya malik olması ölkəni öz ərazisində icarəçiyə çevirir və bölgədə ABŞ infrastrukturlarının yerləşdirilməsi Ermənistanı İran üçün potensial hədəfə döndərmək riski daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31