Çin: Yaponiya bir neçə günə nüvə silahı hazırlaya bilər-ÖZƏL

Çin Silahlara Nəzarət və Tərksilah Assosiasiyasının baş katibi Day Huaichengin sözlərinə görə, Yaponiya nüvə silahı hazırlamaq qərarına gələrsə, buna cəmi bir neçə on gün ərzində nail ola bilər.

Olaylar.az xəbər verir ki, o, bunu Yaponiyanın inkişaf etmiş sənaye bazası və plutonium ehtiyatları ilə əlaqələndirib. Day Huaicheng bildirib ki, Yaponiya texniki və maddi imkanlarına görə artıq "nüvə astanasında"dır. Onun sözlərinə görə, bəzi ekspertlərin qiymətləndirməsinə əsasən, ölkə nəzəri olaraq 100 gündən az müddətdə, hətta bir neçə on günə nüvə partlayıcı qurğusu hazırlaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31