AŞPA-nın ədalətsizdir və qərəzli qərarı nəyə xidmət edir?

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür.

Qurumda islamofobiya meylləri  tüğyan edir

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür. Çünki ortada olan mövcud fakt da bu amili təsdiq edir. Ümumiyyətlə,    AŞPA-nın sözügedən qərarı təşkilatda aşkar şəkildə islamofob meyllərin qalib gəldiyini, xüsusilə müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Hətta belə demək mümkündür ki, ikili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib. Əslində Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərar qəbul edəcəyi gözlənilən idi. Nəzərə almaq lzaımdır ki, son vaxtlar Türkiyənin daxilində baş verən bir sıra ciddi proseslər, həmçinin onun bəzi dövlətlər ilə bir qədər isti münasibətləri həm "ərbdə, həm də Avropada qıcıq yaradır. Aydındır ki, qərar siyasi məna, məqsəd daşıyır və  Türkiyəyə qarşı atılan qərəzli addımdır. Digər tərəfdən unutmaq olmaz ki, AŞPA zaman-zaman müsəlman ölkələrinə qarşı qərəzli mövqedə olub, qərarların qəbulu zamanı məsələlərə ikili standartlar prizmasında yanaşıb. Qurumun analoji mövqeyini biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə qarşı görmüşük. AŞPA-nın bu qərarı isə təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Politoloq Elçin Mirzəbəyli deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda verdiyi qərar bütövlükdə bu təşkilatın prinsiplərinə və iş strukturuna tamamilə ziddir. Hər hansı məsələ AŞPA-da müzakirəyə çıxarılmamışdan öncə komitələrdə müzakirə olunmalı və gündəliyə salınması haqda öncədən orada təmsil olunan nümayəndə heyətlərinə məlumat verilməlidir. Ancaq bu prosedurun heç biri həyata keçirilməyib. E.Mirzəbəyli qeyd edib ki, Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda ədalətsiz qərar AŞPA-nın tarixində üz qaraldıcı məqamdır: "Post-monitorinq dövrünə salınan bir ölkənin yenidən monitorinq altına qaytarılması AŞPA tarixində ilk hadisədir. Bu da sübuta yetirir ki, bu fakt Türkiyəyə qarşı həyata keçirilən ardıcıl ədalətsiz kampaniyanın tərkib hissəsidir. Bu kampaniya uzun müddətdir başlayıb. Türkiyədə referendumun keçirildiyi dövrlərdə Avropada qardaş ölkəyə ədalətsiz münasibətin sərgiləndiyinin şahidi olduq. Bu münasibətlər diplomatik normalara heç bir formada uyğun gəlmirdi. Avropa mədəniyyəti bundan ibarətdirsə, qənaətimə görə Şərq mədəniyyəti daha humanist, daha demokratikdir". Siyasi şərhçi bildirib ki, islamafobiyanın Qərbdə köklənməsinin məqsədi Avropanın Yaxın Şərq, İslam ölkələrindəki maraqlarının həyata keçirilməsini təmin etmək üçündür: "Büdcədən ayrılan vəsaitlərin bomba kimi müsəlmanların başına tökülməsi üçün islamafob meyilləri qızışdırırlar ki, siyasətçilər bunun üçün ictimai dəstək qazansınlar. Türkiyəyə qarşı da oxşar meyillər həyata keçirilir. Digər amil isə Türkiyənin müstəqil siyasət yürütməsi ilə bağlıdır. Türkiyənin daxili siyasətinə təsir imkanlarının azalması Avropa ölkələrini qəzəbləndirir və qardaş ölkəyə qarşı bu qəbildən olan kampaniyalar həyata keçirilir". Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə ziddir. Millət vəkilinin sözlərinə görə, qərar Türkiyənin aparıcı rolunu azaltmaq məqsədi daşıyır: "Türkiyə son 15 ildə çox böyük inkişafa nail olub. Avropa bu cür siyasi təzyiq vasitələrindən istifadə etməklə Türkiyənin həm Avropada, həm də şərqdə aparıcı rolunu kiçiltməyə çalışır. Eyni təzyiqlər Azərbaycana və digər müsəlman ölkələrinə qarşı da edilir". B.Əliyev qeyd edib ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir: "Bu cür təzyiq vasitəsilə öz şərtlərini qəbul etdirməyə çalışırlar. Bununla Avropa Şurası özü öz prinsiplərini sual altına qoymuş olur". Qeyd edək ki, bu gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir. Lakin Türkiyə rəsmiləri ən ali səviyyədə mövqelərini ortaya qoyublar ki, AŞPA-nın qərarını ədalətsiz hesab edirlər. İlkin görüntü ondan ibarədir ki, AŞPA ilə Türkiyə arasında münasibətlərin gərginləşəcəyi istisna edilmir. Bu isə Avropaya sərfəli və hətta göydəndüşmə bir fürsətdir.  Əgər xeyli dövlətçilik təcrübəsi və tarixi olan NATO-nun aparıcı dövlətlərindən biri sayılan Türkiyəyə qarşı bu münasibət sərgilənirsə, başqalarına qarşı necə ola biləcəyini düşünmək elə də çətin deyil. Deməli, Qərb ölkələrində başda Türkiyə olmaqla müsəlman dünyasına qarşı böyük proseslərə stsrt verilib.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31