Adnan Menderes Universitetinin əməkdaşları ADMİU – da

Mədəniyyət və İncəsənət Universiteti xarici ölkələrin Universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi etməklə gələcək nailiyyətlərin və inkişafın əsasını qoyulur. ADMİU – da növbəti belə görülərdən biri də Adnan Menderes Univerisitetinin əməkdaşları ilə baş tutub.

Mədəniyyət və İncəsənət Universiteti xarici ölkələrin Universitetləri ilə sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi etməklə gələcək nailiyyətlərin və inkişafın əsasını qoyulur. ADMİU - da növbəti belə görülərdən biri də Adnan Menderes Univerisitetinin əməkdaşları ilə baş tutub. Universitetdən "Olaylar" - a bildirilib ki, ADMİU-nun Beynəlxalq Əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva Adnan Menderes Univerisitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlknur Kayak və Beynəlxalq mübadilələr üzrə kordinator Mustafa Süzmətaş ilə gerçəkləşən görüşdə ali məktəbin qədim və şərəfli tarixi, zəngin fəaliyyəti və əcnəbi tələbələrin qəbul qaydaları, onlara yaradılan şərait haqqında ətraflı məlumat verərək, Universitetin əcnəbi məzunlarının uğurlarından da danışdı. ADU-nun nümayəndələri öz növbələrində tələbələrin Azərbaycanda oxumaq arzularını bildirərək gələcək planlarından danışdılar, beynəlxalq mübadilənin şərtləri ətrafında müzakirələr edərək, gələcək əməkdaşlığın təməlini qoydular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31