Oqtay Əsədov italiyalı deputatları qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, qonağı salamlayan sədr Lara Kominin səfərinin nəinki Avropa İttifaqı Parlamenti və Azərbaycan Parlamenti arasında, eləcə də Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Sədr diqqətə çatdırıb ki, Milli Məclislə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir və biz bundan məmnunuq.Sədr qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında da yüksək səviyyəli əlaqələr var. Bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və hər iki tərəfin maraqlarına xidmət edir.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, qonağı salamlayan sədr Lara Kominin səfərinin nəinki Avropa İttifaqı Parlamenti və Azərbaycan Parlamenti arasında, eləcə də Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Sədr diqqətə çatdırıb ki, Milli Məclislə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir və biz bundan məmnunuq.Sədr qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında da yüksək səviyyəli əlaqələr var. Bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və hər iki tərəfin maraqlarına xidmət edir.

Səmimi görüş üçün təşəkkürünü bildirən  Lara Komi nəzərə çatdırıb ki, son zamanlar Azərbaycan ictimayyətinin güclü səsi və qəbul olunmuş qətnamələrin  mahiyyəti Azərbaycan diasporunun güclü olduğunu sübut edir. Qonaq ölkəmizdə olduğu bir neçə gün ərzində keçirdiyi görüşləri məhsuldar  hesab etdiyini və bundan məmnunluğunu qeyd edib. Bildirib ki, belə görüşlər reallığı dəyərləndirmək baxımından çox önəmlidir və mühüm əhəmiyyətə malikdir. Sonra söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31