Rəsul Çunayev: “Məşqçilərimizin tapşırıqlarını layiqincə yerinə yetiririk”

“IV İslam Həmrəliyi Oyunlarının Azərbaycanda keçirilməsinə az vaxt qalıb. Mən güləşçi olaraq, güləş yığma komandasının oyunlara hazırlıq prosesindən söz aça bilərəm. Bizim hazırlığımız yüksək səviyyədə gedir”. Bunu Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev deyib.

"IV İslam Həmrəliyi Oyunlarının Azərbaycanda keçirilməsinə az vaxt qalıb. Mən güləşçi olaraq, güləş yığma komandasının oyunlara hazırlıq prosesindən söz aça bilərəm. Bizim hazırlığımız yüksək səviyyədə gedir". Bunu Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev deyib.

"Məşqçilərimiz tapşırıqlarını verir və bizdə onu layiqincə yerinə yetiririk. Ümidvaram ki, biz IV İslam Həmrəylik Oyunlarına qatılarkən lazımi səviyyədə hazırlıqlı olacayıq. Əminəm ki, digər komandalarımız da gözəl qələbələr qazanacaqlar. Çünki Azərbaycan idmançıları çox güclüdürlər. Azərbaycanda keçirilən I Avropa Oyunları bunu göstərdi və təsdiq etdi. Heç şübhəm yoxdur ki, onlar IV İslam Həmrəylik Oyunlarında da bol-bol qələbələr qazanacaqlar və Vətənimizi, xalqımızı, gözəl qələbələrlə sevindirəcəklər. Ümumiyyətlə heç kim gözləmirdi ki, I Avropa Oyunlarında Azərbaycan yığma komandası komanda şəklində ikinci yer tutacaq. Əminəm ki, IV İslam Həmrəliyi Oyunlarında da komandamız medalların sayına görə birinci olacaq"-deyə, idmançı sözlərinə əlavə edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31