Gündəm
MTN generalı ilk dəfə ifadə verdi: "Bu adamı həbs edin..."
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakıda saxlanılan erməninin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.
Küləkli günlər bitir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı: "Atamın oğlu deyil"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamıRza Zərrabla bağlı sualı cavablandırıb.
"Rabitə işi" üzrə məhkəmə prosesində fasilə elan olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, “Rabitə Mülki” MMC-nin sabiq direktoru Emin Məmmədovun vəkilləri - Vüqar Xasayev və İmaməli Əsgərovun iclasa gəlmədiyi məlum olub. Bildirilib ki, vəkillərin qohumları rəhmətə gedib.
"Erməni tarixi mif əsasında qurulub"
Erməni tarixi mif əsasında qurulub. Bunu Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, erməniçilik Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi məsələsində erməni ənənəsi ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir: "Ermənilərin istər "böyük Ermənistan", istər "Cənubi Qafqazda erməni avtoxtonluğu" yaxud "böyük erməni mədəniyyəti", istərsə də "sivilizasiyanın erməni ilk ocağı" haqqında miflər, "erməni genosidi" və digərlər yalanları doğrudan da "böyük istedad tələb edir".
Bakıya yeni prokuror təyin edildi
Bakı şəhərinə yeni prokuror təyin edilib. Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. İ.Abbasov bu gün Bakı Şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.
Nazir: "Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir"
Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinin açılışında deyib.
Məşhur erməni saytı Azərbaycana qarşı terrora çağırdı
Ermənistanın məşhur "voskanapat.info" saytı Azərbaycana qarşı açıq- aşkar terror çağırışı edib. "Erməni intiqamının mələkləri" adlı yazıda terror aktlarının həyata keçirilməsini təbliğ edən məlumatlar yer alıb.
Uşaqlar arasında suçiçəyinin yayılması ilə bağlı rəsmi açıqlama
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə əhali, xüsusilə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma halları ilə bağlı məlumatlara münasibət bildirib.
Elçin Əhmədov: "AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı..."
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir, qərəzli xarakter daşıyır. Ümumiyyətlə, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında ikili standartların və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır".
Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər
Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"
Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır. Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub.
İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada sabah aprelin 27-də gözlənilən və Bakıdan anons edilən görüşü baş tutmayacaq. Ermənistan tərəfi belə görüş üçün rəsmi razılıq olmadığını bildirib. "Qraparak" qəzetnin yazdığına görə xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya getmək niyyətində deyil.
Milli dövlətçilik düşüncəsinin işığında
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir.














