Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər
Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
26 Aprel 2017 13:07 SiyasətErmənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, Dövlət Xidməti Yerevanda, Malatiya-Sebastiya inzibati dairəsində meyvə-tərəvəzlərin satıldığı kənd təsərrüfatı yarmarkalarında, Leninqradyan və Asratyan küçələrində meyvə-tərəvəz satış məntəqələrində və Xorenasi küçəsində yerləşən "1№-li erməni bazarında" yoxlamalar aparılıb. İnspektorlara bu məhsulları taparaq təcili məhv etmək tapşırılıb.
Lakin Dövlət Xidməti yoxlamalar aparılan ərazilərdə Azərbaycan istehsalı olan hər hansı məhsul, o cümlədən almaya rast gəlinmədiyi ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, erməni KİV-i Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı ilə bağlı məlumat yaymışdı. Hətta bəzi erməni məmurları əhaliyə "təhlükəsizlik məsələlərinə" görə Azərbaycan almalarını almamaq çağırışı etmişdi. Virtualaz.org