Gündəm

Üzeyir Cəfərov: “Türk dünyasına bir qısqanclıq var”

26 Aprel 2017 12:52

“Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarı əslində gözlənilən bir addım idi şəxsən mənim üçün. Çünki, son vaxtlar Türkiyənin daxilində baş verən bir sıra ciddi proseslər, həmçinin onun bəzi dövlətlər ilə bir qədər isti münasibətləri həm qərbdə, həm də Avropada qıcıq yaradırdı və bu addım da hardasa proqnozlaşdırlan addımlardan biri idi. Bu da baş verdi. Aydındır ki, qərar siyasi məna, məqsəd daşıyır və  Türkiyəyə qarşı atılan qərəzli addımdır”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Mübariz Əhmədoğlu: “Qərb başını itirib”

26 Aprel 2017 12:50

“Hazırda dünyanın beyin mərkəzi xarab olub. Qərb başını itirib. Avropa düzgün qərarlar qəbul etmir, yalnız öz mənafeyini düşünür. SSSR dağılandan sonra Qərb İslam dünyasını əsas hədəf götürdü. Orada nə baş verirsə, onu neqativ ruhda qəbul edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etməsi də xarab beyin mərkəzinin növbəti səhv qərarıdır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq: “Türkiyə ilə bağlı ədalətsiz qərar AŞPA-nın tarixində üz qaraldıcı məqamdır” 

26 Aprel 2017 12:47

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda verdiyi qərar bütövlükdə bu təşkilatın prinsiplərinə və iş strukturuna tamamilə ziddir. Hər hansı məsələ AŞPA-da müzakirəyə çıxarılmamışdan öncə komitələrdə müzakirə olunmalı və gündəliyə salınması haqda öncədən orada təmsil olunan nümayəndə heyətlərinə məlumat verilməlidir. Ancaq bu prosedurun heç biri həyata keçirilməyib”. Bunu politoloq Elçin Mirzəbəyli deyib.

İkili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib- ANALİTİKA

26 Aprel 2017 12:45

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür. Çünki ortada olan mövcud fakt da bu amili təsdiq edir. Ümumiyyətlə, AŞPA-nın sözügedən qərarı təşkilatda aşkar şəkildə islamofob meyllərin qalib gəldiyini, xüsusilə müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Hətta belə demək mümkündür ki, ikili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib.  

Ekspert: “İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi dünyaya mesajdır” 

26 Aprel 2017 12:42

“Son 10 ildə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə onlarla beynəlxalq tədbir keçirilib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu tədbirlər bir istiqamətdə deyil, bir neçə istiqamətdə reallaşıb. Siyasi, iqtisadi, mədəni beynəlxalq forumların sırasına həm də idman sahəsi də əlavə edildi”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.

Daha bir dövlət xidməti ləğv edildi

26 Aprel 2017 12:41

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti ləğv edilib. Vergilər Nazirliyindən verilən xəbərə görə, ləğvetmə Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən həyata keçirilib.

“Daşkənd baharı-2017” dördüncü Beynəlxalq Opera və Balet festivalının açılışı olub

26 Aprel 2017 12:38

Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında “Daşkənd baharı-2017” dördüncü Beynəlxalq opera və balet festivalının açılışı olub. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.

Qohum evliliklərinin ölümcül fəsadı

26 Aprel 2017 12:34

Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.

"Azəravtoyol” ASC "Road&Traffic 2017" sərgisində

26 Aprel 2017 12:33

“Azəravtoyol” ASC Bakı Ekspo Mərkəzində təşkil olunan 7-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2017" sərgisində iştirak edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Azəravtoyol” ASC-nin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür. 26-28 aprel tarixləri arasında davam edəcək "Road&Traffic 2017" sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

Avropa Gənclər Forumu üzvlərinin şura iclası keçirilib

26 Aprel 2017 12:32

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüsseldə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib.

Azərbaycanın tranzit potensialından istifadə imkanları müzakirə edilib

26 Aprel 2017 12:31

Xəzər Dəniz Gəmiçiliyi” QSC -nin sədri Rauf Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfər edib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Odessa şəhərindəki “Çernomorsk” Dəniz Ticarət Limanında olub. Limanın direktoru Sergey Krıjanovskiy bərə-kompleksinin fəaliyyəti haqqında məlumat verib.

AXCP üzvü: “Müsavat ölkənin ən zəif və intriqa mərkəzli bir partiya funksiyasını həyata keçirməkdədir”

26 Aprel 2017 12:30

“Azərbaycanda siyasi partiyalar arasında müəyyən siyasi çəkiyə malik olan Müsavat partiyası hazırda özünün durğunluq dövrünü yaşayır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məhəmməd Əsədullazadə səsləndirib.

Səməd Seyidovun AŞPA-dan tələbi: ”Davranış kodeksini dəyişin”

26 Aprel 2017 12:18

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası çərçivəsində Büronun və Daimi Komitənin fəaliyyət hesabatlarının təqdimatından sonra keçirilən debatlarda çıxış edib. 

Almaniyada “Heydər Əliyev - gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans

26 Aprel 2017 12:16

Mayın 10 və 11 – də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Multikulturalizm Mərkəzi  və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.

Məşhur aktyor həbs olundu

26 Aprel 2017 12:14

Məşhur türkiyəli aktyor həbs olunub. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Selim Ərdoğanın Muğlada  kiraladığı villada 840 qr marixuana maddəsi aşkarlanıb. Villaya basqın edən polis şüşə qablar içərisində saxlanılan marixuana və narkotik maddə əldə edib. Axtarışlar zamanı Aktyor Səlim Ərdoğan həbs olunub.