Gündəm
Tələbələr tütünlə mübarizəyə dair müzakirələrə qoşuldular
Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparılıb. Tədbir Dövlət İdarəçilik Akademiyası, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ASAN Xidmət və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu.
MM-in Səhiyyə komitəsi Mingəçevir və Xaldanda iclas keçirib
Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvləri Mingəçevir və Yevlax rayonunun Xaldan qəsəbində ictimaiyyət nümayəndələri ilə görüşüblər. Bu barədə adıçəkilən komitənin üzvü Qənirə Paşayeva məlumat verib. Q.Paşayeva qeyd edib ki, keçirilən görüş-iclasında tibbi sığorta ilə bağlı görülən işlər ətrafında geniş müzakirələr aparılıb: “Bu sahəyə cavabdeh qurumlarla geniş müzakirələr oldu. Həmçinin, ailə həkimi ilə bağlı məntəqələrin işi ilə tanış olduq”.
Ermənilər 128 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
Cəbhə xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
İlkin Həsəninin TƏMTƏRAQLI toyunda nələr yaşandı? - VİDEO/FOTO
İŞİD-ə terrorçu göndərən Avropa ölkələrinin adları açıqlandı – ŞOK FAKTLAR
Belçikanın Daxili İşlər Nazirliyi (DİN) ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb. Belçika DİN hazırda ölkədə 629 nəfər əcnəbi terrorçunun olduğunu bəyan edib. Məlumatda deyilir ki, 629 terrorçudan 276-sı Suriyada gedən döyüşlərdə iştirak edib: “Daha sonra isə həmin şəxslər Suriyadan Belçikaya sığınıblar. Onların arasında olan 82 terrorçu isə İŞİD sıralarında döyüşmək üçün Suriyaya getməyə çalışır. Ümumilikdə, bu terrorçulardan 149 nəfəri potensial kamikadzedir”.
Binəli Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”
“Ankara və Brüssel arasında münasibətlər son zamanlar ən pis həddə çatıb”. Bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib. “Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, - deyə YIldırım qeyd edib.
Ermənistanda hərbi hissənin xidmət rəisi avtomobilində ölü tapılıb
Ermənistanda hərbi hissənin mühəndis xidmətinin rəisi avtomobilində ölü tapılıb. Ötən gün “Nissan March” markalı avtomobildə meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs İrəvandakı hərbi hissələrdən birinin Mühəndis Xidmətinin rəisi, 31 yaşlı Armen Saturyandır.
Səfir: "Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"
"Türkiyəli iş adamlarının Azərbaycandakı investisiyaları ümumilikdə 9 mlrd. dolları ötüb". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Sahibkarlar Günü" ilə əlaqədar sahibkarlara ünvanladığı təbrikdə deyib.
1009 nəfər saxlanıldı
Səhər saatlarında Türkiyə Daxili nazirliyi tərəfindən FETO – terror qruplaşmasına qarşı 81 vilayətdə əməliyyat aparılıb. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki, 81 vilayətdə 8500 polis əməkdaşlarının eyni zamanda başlatdığı əməliyyat zamanı 1009 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında keçmiş polis işçiləri də var.
Merkel:" Aİ Türkiyə məsələsində tək səs olmalıdı"
Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verməli idi. Bunu Almaniya kansleri Angela Merkel başçılıq etdiyi Xristian-Demokratlar Partiyasının (CDU) Federal Məclisində keçirilən konfransında deyib. Merkel bildirib ki, Aİ Türkiyə məsələsində məntiqli nəticəyə gəlməsi üçün müəyyən zaman keçməlidir.
"Texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq"
Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq. Bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.
Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular
İstanbulun Aksaray bölgəsində azərbaycanlı tələbənin mobil telefonu oğurlanıb. Hadisə aprelin 20-də, səhər saatlarında baş verib. 24 yaşlı Nemət C. adlı şəxs dostunun toyunda iştirak etmək üçün 5 günlük Azərbaycana gedib. Toydan qayıdan gənc əlində çemodan Aksarayda marşrut gözləyərkən iki nəfər ona yaxınlaşıb və "otel lazımdırmı, qardaş?" deyə müraciət ediblər.
Çexiya parlamenti uydurma "erməni soyqırımı"nı tanıdı
Çexiya parlamentinin deputatlar palatası uydurma "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib. Qətnamənin lehinə 104 deputat səs verib. Sənəddə qondarma "erməni soyqırımı" insanlığa qarşı cinayət adlandırılır.
Məşhur cütlük boşanır - 12 illik evlilik bitir
Model Tulin Şahinlə Mehmet Özerin boşanacağı xəbəri dəqiqləşib. 12 illik evli olan ikilinin mayda məhkəmədə üz-üzə gələcəyi iddia edilir.














